Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-128/2023 25.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Əhmədova) Nəsibə Aydın qızının iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Şəmkir şəhəri, H.Şəhərcik, DOS-3, mənzil-17 də qeydiyyatda olmaqla yaşayan. Məmmədova (Əhmədova) Nəsibə Aydın qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məmmədova (Əhmədova) Nəsibə Aydın qızının Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3(076)-1281/2022 saylı qərara əsasən Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 240 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı təyin edilmiş 240 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Məmmədova (Əhmədova) Nəsibə Aydın qızına bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, ictimai işlər tənbehini çəkməkdən imtina etmişdir. Məhkəmə iclasında Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 izahatında bildirdi ki, Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3(076)-1281/2022 saylı qərara əsasən Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 240 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı təyin edilmiş 240 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən qəti surətdə imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Məmmədova (Əhmədova) Nəsibə Aydın qızına bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı çağırışlara gəlmədiyi üçün onun məcburi gətirilməsi barədə qərara qəbul edilmiş, Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı polis vasitəsi ilə probasiya şöbəsinə gətirilmişdir. Məmmədova (Əhmədova) Nəsibə Aydın qızının əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı izahatında bildirdi ki, maddi imkanı yaxşı deyil, 3 azyaşlı uşağı var. Özü və uşaqları xəstə olduğu üçün və uşağa tək baxdığı üçün ictimai işi yerinə yetirə bilmir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3(076)-1281/2022 saylı qərarından görünür ki, Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 240 saat ictimai işlər inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)- 1281/2022 saylı qərarı əsasında icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 298242/22-7 nömrəli bildirişdən görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)- 1281/2022 saylı qərarının icrası ilə əlaqədar Məmmədova (Əhmədova) Nəsibə Aydın qızının 3 gün müddətində Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 298242/22-7, xx.xx.2023-cü il tarixli, 298242/22-7 nömrəli xəbərdarlıqdan görünür ki, Məmmədova (Əhmədova) X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)-1281/2022 saylı qərarı ilə təyin edilmiş 240 saat ictimai işlər inzibati tənbeh növünün çəkilməsi qaydalarını pozduğu üçün rəsmi xəbərdarlıq edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Məmmədova (Əhmədova) Nəsibə Aydın qızının xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Məmmədova (Əhmədova) X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)-1281/2022 saylı qərarı ilə ona təyin edilmiş 240 saat ictimai işlər inzibati tənbeh tətbiqini xəstə olduğu üçün icra etməmişdir. İş materiallarına əlavə edilmiş Məmmədova (Əhmədova) Nəsibə Aydın qızının xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Məmmədova (Əhmədova) X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)-1281/2022 saylı qərarı ilə ona təyin edilmiş 240 saat ictimai işlər inzibati tənbeh tətbiqini uşaqları xəstə olduğu üçün icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər növündə tənbehin çəkilməsindən boyun qaçırmış və şöbədə verdiyi izahatında ictimai işlər tənbehini çəkməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər tənbehinin çəkilməsindən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, üç azyaşlı uşağa təkbaşına baxmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində 34-1-ci maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Məmmədova (Əhmədova) Nəsibə Aydın qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-128/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-128/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver