Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1284/2024 16.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Yol-Patrul Xidməti Alayının 9-cu tağım yol patrul xidməti inspektoru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, o SETRA S- 215 HDH markalı 20CK688 dövlət qeydiyyat nişanlı avtobusla sərnişin daşıma fəalyyəti ilə məşğuldur. Avtobusun qabaq şüşəsi böyük olduğu və oradan işıq düşdüyünə görə örtük çəkilmişdir. 15 dekabr 2024-cü il tarixdə avtomobillə Şəmkir-Bakı istiqamətində hərəkətdə olarkən təxminən saat 11 radələrində Şəmkir postunda idarə etdiyi avtobusun qabaq şüşəsinə örtük çəkildiyinə görə X7 Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları onun sənədlərini yoxlamış və ondan spirt iyi gəldiyini bildirərək, alkotestr vasitəsilə yoxlamış və sərxoş olması qənaətinə gəlmişdir. Halbuki, o, həmin tarixdən 1 gün əvvəl, yəni 14 dekabr 2024–cü il tarixdə səhər saatlarında spirtli içki qəbul etmiş, 15 dekabr 2024–cü il tarixdə isə sərxoş olmamışdır. O, həmin vaxt alkotestrin nəticəsi ilə razılaşmamış və polis əməkdaşı onu həkim müayinəsinə aparmış və müayinədən keçirilərkən yenidən onda sərxoş olması bildirilmişdir. Bundan sonra özü həmin gün Gəncə Şəhər Narkoloji Dispanserinə müraciət etmiş və 15 dekabr 2024–cü il tarixdə saat 13:43 radələrində tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsində onun sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Göründüyü kimi o, hadisə baş verən gün sərxoş vəziyyətdə olmamış, Yol-Patrul Xidməti Alayının 9-cu tağım yol patrul xidməti inspektoru X3 isə əsassız şəkildə onun sərxoş olması qənaətinə gəlmiş və barəsində protokol tərtib edərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərmişdir. Yol- Patrul Xidməti Alayının 9-cu tağım yol patrul xidməti inspektoru X3 üzərinə düşən vəzifələri yerinə yetirməmiş və qərəzli şəkildə barəsində protokol tərtib etmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla razı deyildir. Odur ki, izhatında göstərilən xüsusatları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Yol-Patrul Xidməti Alayının 9-cu tağım yol patrul xidməti inspektoru X3 göstərdi ki, 15 dekabr 2024–cü il tarixdə saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirərkən Şəmkir stasionar postunda hərəkətdə olan SETRA S-215 HDH markalı 20CK688 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünü avtobusun qabaq şüşəsinə örtük çəkildiyi üçün saxlatmış, ona hüquq və vəzifələrini izah etmiş, lakin həmin vaxt sürücüdən spirt qoxusu gəlmiş və onun nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyini görmüşdür. Bundan sonra adı ona məlum olan Şəxs alkotestr yoxlamasından keçirilməsi üçün dəvət edilmiş, sürücü alkotestr yoxlamasından keçirilikdən sonra onun sərxoşluq dərəcəsinin 0.317 promil olduğu müəyyən olunmuşdur. Həmin vaxt Şəxs alkotestr yoxlamasının nəticəsinə etiraz etmiş, bu səbəbdən həkim müayinəsinə aparılmış və narkoloq həkim tərəfindən müayinə olunarkən onun sərxoşluq dərəcəsinin 0.3 promil olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4–cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və tədqiq edilmiş sənədləri ayrıayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.4 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Yol polisi əməkdaşında olan 42708 nömrəli sərxoşluq vəziyyətinin ölçü cihazı kimi istifadə edilən xüsusi texniki vasitə ilə ölçülmüş və iş materiallarına əlavə edilmiş sərxoşluq qəbzindən görünür ki, Şəxs 0,317% sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 547 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2024–cü il tarixdə saat 10:50 radələrində həkim müayinəsindən keçirilmiş və 0.3 % sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair xx.xx.2024–cü il tarixli 4442 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024–cü il tarixdə saat 13:43 radələrində həkim müayinəsindən keçirilmiş və sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli eribarnamənin surətindən görünür ki, etibarnamə X4 tərəfindən Şəxs SETRA S-215 HDH markalı, 20CK688 saylı avtobusun idarə edilməsi üçün verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, BC109095 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs B1, B, C1, C, D1, D kateqoriyaları üzrə nəqliyyat vasitələni idarə etmə hüququ verilmişdir. İşdə olan sürücünün tibbi müayinə vərəqinin surətindən görünür ki, Şəxs tibbi müayinələrdən keçmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Buna görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs izahatında sərxoş olmamasını, eləcə də, polis əməkdaşı tərəfindən onun barəsində qərəzli olaraq prokol tərtib olunduğunu göstərsə də, polis əməkdaşı tərəfindən alkotestr cihazından yoxlamadan keçirilərkən 0,317 pr sərxoş olması müəyyən edilmiş, bundan sonra isə həkim müayinəsindən keçirilmiş və müayinə zamanı da sonuncunun 0,3 pr sərxoş olması müəyyən edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Şəxs alkotestr yoxlamasından və həkim müayinəsindən 15 dekabr 2024–cü il tarixdə saat 11 radələrində keçirilmiş, özü Gəncə Şəhər Narkoloji Dispanserinə isə təxminən 2 saat 40 dəqiaə sonra, yəni həmin gün saat 13:43 radələrində müraciət etmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, müddət keçdikcə alkoqolun təsiri təbii olaraq azalır və nəticədə Şəxs 2 saat 40 dəqiqə sonra Gəncə Şəhər Narkoloji Dispanserdə müayinədən keçərkən sərxoş vəziyyətdə olmamasının müəyyən edilməsi ağalabatandır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 333.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 16 dekabr 2024-cü il tarixdən saat 15:05-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1284/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1284/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver