Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1289/2023 02.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda duran, Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023–cü il tarixdə yaşadığı evdə münaqişə zəminində arvadı X5 döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X7 izahatında bildirdi ki, aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, X8 ilə Şəxs ər-arvaddır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə X8 ilə Şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində mübahisə baş vermiş, mübahisə zamanı X5 vuraraq xəsarətlər yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahatında göstərdi ki, barəsində şikayət edən aravdı X8 ilə 11 il olar ki, ailə həyatı qurmuş, üç övladı vardır. Əvvələr aralarında heç bir ədavət, düşmənçilik olmamışdır, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamış və 2021-ci il tarixdə arvadı Türkanla məhkəmə qaydasında boşanmışlar və ayrı yaşamışlar. Təxminən 1-2 ay olar ki arvadı Türkanla barışaraq bir evdə yaşamağa davam etsələr də aralarında mübahisələri və dava dalaşlarının baş verməsinə səbəb arvadı Türkanın anası Tünzalənin evinə getməsi və Tünzalənin qeyri rəsmi olaraq Fariz adlı şəxslə yaşaması, Türkanı isə anası Tünzalənin evinə getməyə qadağa etməsinə baxmayaraq Türkanın anası Tünzalənin evinə getməsi üstündə Türkana iradını bildirmiş və həmin vaxtı aralarında mübahisələri baş vermişdir. O, Türkanı döyməmiş, Türkanın onun barəsində yalan demiş və ona böhtan atmışdır. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, Şəxs ilə 11 ildir ki, ailə həyatı qurmuş, üç övladı vardır. Əvvələr aralarında heç bir ədavət, düşmənçilik olmamışdır, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. O, əri Samir ilə bir neçə dəfə aralarında narazılıqlar olduğu üçün 2021-ci il tarixdən boşanmış və ayrı yaşamışlar. Təxminən bir ay ola ki, barışaraq Samirlə bir yerde yaşasalarda sonradan aralarında mübahisələri yenə baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, həkimdən gəlib evdə olan zaman əri Samir heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və həmin vaxtı əri Samir onu sözlə nalayiq söyüşlərlə söyüb təhqir etmiş və əl zərbəsi ilə baş və qol nahiyyələrinə vuraraq onu döymüşdür. Əri Samirin onu döyməsini anası Tünzaləyə bildirmiş anası Tünzalə isə Samirin onu döyməsi barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Bundan başqa əri Samir xx.xx.2023-cü il tarixdə evə gəlmiş və yenə aralarında mübahisələri baş vermiş və həmin vaxtı əri Samir yenə onu əl zərbəsi ilə vurmuş və əri Samirin onu döyməsinə görə DİN-in 102 xidmətinə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir, aralarında barışıq olmamışdır və onun həbs olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, işsizdir. X8 onun doğma qızıdır, Şəxs isə onun keçmiş kürəkənidir. Onun qızı Türkan Cəfərova 2012-ci ildə Şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 3 azyaşlı övladı vardır. Onların münasibətləri əvvəllər yaxşı olub, lakin sonradan münasibətləri pisləşib. X15 münasibətləri pisləşdiyi üçün 2021-ci ildə onlar rəsmi qaydada boşanıb və uşaqların qızı Türkanda qalması barədə məhkəmə tərəfindən qərar qəbul edilib. Təxminən bir ay olar ki, Samirlə qızı Türkan barışmış və birlikdə yaşamağa başlamışlar. Onlar birlikdə qalarkən yenidən mübahisə etməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Şəmkir rayonu Kür qəsəbəsində yaşadığı evdə olan zaman azyaşlı nəvəsi Murad evə gələrək anası ilə atasının mübahisə etdiyini, atası Samirin anası Türkanı döydüyünü bildirdi. O da yaşadığı evdən çıxaraq Şəmkir rayonu Kür qəsəbəsində qızı Türkanın Samirlə birlikdə yaşadığı könhə baxçaya getmişdir. O onların yaşadığı evə daxil olan zaman qızının döyülmüş vəziyyətdə olduğunu görmüşdür. O qızı Türkandan nə baş verdiyini soruşan zaman Türkan keçmiş əri Samirin onu döydüyünü ona demişdir. Bu zaman Samir yenidən Türkanın baş nahiyəsinə yumruqla bir neçə dəfə vurmuşdur. Daha sonra o ilk öncə 103 zeng edib tecili tibbi yardım çağırmış, sonra isə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qeyd edir ki, qızı Türkan keçmiş əri Samir tərəfindən əvvəllər də yəni, evli olduğu müddətdə və boşandıqdan sonra bir neçə dəfə döyülüb və bununla bağlı polisdə araşdırma aparılıb. Əlavə olaraq bildirir ki, Şəxs azyaşlı övladlarına verməli olduğu alimenti ödəmədiyi üçün onun Gədəbəy rayon icra və probasiya şöbəsində 6000 manat aliment borcu yığılıbdır. 2023-cü ilin yay aylarında Samirdən aliment borcunun tələb edilməsi ilə bağlı Gədəbəy rayon məhkəməsində işə baxılan zaman Samirin orada onu və qızı Türkanı döyməsi ilə bağlı Gədəbəy RPŞ-də araşdırma aparılıb və Gədəbəy rayon məhkəməsi tərəfindən inzibati qaydada 10 sutka həbs edilmişdir. Samir hazırda da onun və ailə üzvlərini narahat edir, qızını döyür və onlara qarşı nalayiq söyüşlər söyür. Məhkəmə iclasında tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllədlü X11 adlı uşaq bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə anası Türkan Cəfərova ilə atası Şəxs arasında mübahisə baş vermiş, mübahisə zamanı atası anasının başına və qoluna yumruq və şillə vurmuşdur. Anası Türkanın qolu əzildiyində göyərmiş və alnı isə qızarmışdır. İnzibati xəta haqqında protokola əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, onun haqqında İXM 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 Şımkir rayonu MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1128 saylı MTE-nın rəyindən məlum olur ki, X4 müayinə zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ almacıq nahiyəsinin və sağ said nahiyəsinin aşağı üçdə birinin səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakterlidir, inzibati material üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən inzibati xəta haqda material üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini və onun yaşını, maddi vəziyyətini, əvvəllər inzibati qaydada həbs olunmasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını və inzibati xətanı zərərçəkmiş şəxsin evində ailə üzvlərinin gözü qarşında törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 12:45-dən hesablansın. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X10 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1289/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1289/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver