Məhkəmə qərarları › İş №3(076)-1290/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1290/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1290/2023 02.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-88/2014 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2047/2021 saylı icra sənədləri üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-nin 100.1.6-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda həmin məlumatlar qeyd edilmişdir. Zərərçəkmiş şəxs haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Eləcə də, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi (FİN kodu) qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri deyil, adi kserosurətləri əlavə edilmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda Şəxs Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-88/2014 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2047/2021 saylı icra sənədləri üzrə yaranmış borcunu ödəməməsi qeyd edilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin konkret borcunun məbləği müəyyən edilməmişdir. Hesab edirəm ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Taleh Musayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ AZ 5700, Şəmkir şəhəri, H.Əliyev pr.2. Tel: (022)-305-74-17; fax: (022)-305-35-24 ____________________________________________________________________ İş № 3(076)-1290/2023 « 02 » oktyabr 2023-cü il Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Xəyal Əlizadəyə Hörmətli Xəyal müəllim, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qərardadda göstərilən nöqsanla əlaqədar sizə geri qaytarılır. Qoşma: qərardad, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, cəmi “ ” vərəqə Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar