Məhkəmə qərarları › İş №3(076)-1293/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1293/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1293/2023 02.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Daş Korxanası 397A da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-787/2022 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli 20156974 nömrəli müqavilə üzrə 456,6 (dörd yüz əlli altı manat altmış qəpik) manat əsas borc, 45,4 (qırx beş manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 20357240 nömrəli müqavilə üzrə 1.235,8 (bir min iki yüz otuz beş manat səksən qəpik) manat əsas borc, 123,2 (bir yüz iyirmi üç manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.861 (bir min səkkiz yüz altmış bir) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-1750/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5.974 (beş min doqquz yüz yetmiş dörd) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə almıb iddiaçı X2 verilməsi qət edilmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-688/2018 saylı xx.xx.2018ci il tarixli icra sənədinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 19 noyabr 2014-cü il tarixli 701/F-14 saylı kredit müqaviləsi üzrə cavabdeh Şəxs 14.981,38 (on dörd min doqquz yüz səksən bir dollar otuz səkkiz sent) ABŞ dolları əsas kredit borcu, 3.403,45 (üç min dörd yüz üç dollar qırx beş sent) ABŞ dolları faiz borcu və 800 (səkkiz yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19.184,83 (on doqquz min yüz səksən dörd dollar səksən üç sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tələb, 19 noyabr 2014-cü il tarixli 701/F-14 saylı ipoteka müqaviləsinə əsasən Şəxs məxsus olan 2012-ci il buraxılışlı, “Mercedes-Benz-C 250” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cəmi 19.184,83 (on doqquz min yüz səksən dörd dollar səksən üç sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi. İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə, qalan hissə cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi qət edilmişdir. Borclunun hər üç icra sənədi üzrə 44668.21 manat borcu vardır və bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən inzibati protoklun təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclunun yeri məlum olmadığından tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, onun tələbkarlara borcunun olmasını bilsə də, həmin borc məbləği ilə bağlı icra sənədlərinin olmasından onun xəbəri olmamış, əvvəllər icra məmuru tərəfindən ona heç bir məlumat verilməmişdir. O, ilk dəfə icra şöbəsində bu gün xx.xx.2023-cü il tarixdə olmuş və tələbin könüllü icrası barədə bildirişlər ona təqdim edilmişdir. İcra məmuru tərəfindən ona borcun könüllü icrası barədə vaxt verilməmişdir. Bu səbəbdən məhkəmədən barəsində olan inzibati işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X5 ifadəsində göstərdi ki, onlar borcun tam olaraq ödənilməsini istəyirlər. Borclunun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-787/2022 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli 20156974 nömrəli müqavilə üzrə 456,6 (dörd yüz əlli altı manat altmış qəpik) manat əsas borc, 45,4 (qırx beş manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 20357240 nömrəli müqavilə üzrə 1.235,8 (bir min iki yüz otuz beş manat səksən qəpik) manat əsas borc, 123,2 (bir yüz iyirmi üç manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.861 (bir min səkkiz yüz altmış bir) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixli qərarla icra məmuru Dəyanət Məmmədov tərəfindən icraata qəbul edilmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-1750/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5.974 (beş min doqquz yüz yetmiş dörd) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə almıb iddiaçı X2 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2018-ci il tarixli qərarla icra məmuru Razim Əliyev tərəfindən icraata qəbul edilmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-688/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 19 noyabr 2014-cü il tarixli 701/F-14 saylı kredit müqaviləsi üzrə cavabdeh Şəxs 14.981,38 (on dörd min doqquz yüz səksən bir dollar otuz səkkiz sent) ABŞ dolları əsas kredit borcu, 3.403,45 (üç min dörd yüz üç dollar qırx beş sent) ABŞ dolları faiz borcu və 800 (səkkiz yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19.184,83 (on doqquz min yüz səksən dörd dollar səksən üç sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tələb, 19 noyabr 2014-cü il tarixli 701/F-14 saylı ipoteka müqaviləsinə əsasən Şəxs məxsus olan 2012-ci il buraxılışlı, “Mercedes-Benz-C 250” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cəmi 19.184,83 (on doqquz min yüz səksən dörd dollar səksən üç sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi. İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə, qalan hissə cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixli qərarla icra məmuru Şamil Hacıyev tərəfindən icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları ilə müəyyən olunur ki, borclu Şəxs Şəmkir rayon Məhkəməsinin 2(076)- 688/2018 saylı xx.xx.2018-ci il tarixli, Şəmkir rayon Məhkəməsinin 2(076)-1750/2018 saylı xx.xx.2018-ci il tarixli və Şəmkir rayon Məhkəməsinin 2(076)-787/2022 saylı xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə tələbin könüllü icrası barədə bildirişlərin şəxsən borclu tərəfindən alınması və ya ailə üzvlərinə təqdim edilməsi, poçt vasitəsi ilə borcluya göndərilməsinə dair heç bir sübut icra işində olmamaqla yanaşı, məhkəmə iclasında inzibati işə baxılarkən də icra məmuru tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, tələbin könüllü icrası barədə bildirişlər borcluya xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmiş və dərhal barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İcra haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3.-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 10.3.-ci maddəsinə əsasən, İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Bundan əlavə qeyd edilməlidir, icra məmuru borclunun daimi yaşayış yerini müəyyən etmədən, tələbin könüllü icrası barədə bildirişi və inzibati məsuliyyət barədə xəbərdarlığı təqdim etmədən, tələbkarın və borclunun icra sənədi üzrə ödənişlər və borc məbləğini araşdırmadan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə verməklə icra haqqında qanunvericiliyin tələblərini nəzərə almamışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar