Məhkəmə qərarları › İş №3(076)-1295/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1295/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1295/2023 03.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi (vəkili) X5 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,məhkumluğu olmayan, Şəmkir şəhəri, H.Şəhərcik, DOS-7, ev-13 də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 Tural Oqtay oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polisin qanuni tələblərinə məhəl qoymayaraq özünə xəsarət yetirmək istəmişdir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X14 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Şəmkir şəhəri H.Əliyev parkında bir azyaşlı qızın ardınca getmiş, həmin qız həyacanlanmış, piyada gedərkən büdrəyib parkda olan su hövuzuna yıxılmışdır. Bu zaman polis əməkdaşları gəlmiş, qızı ayağa qaldırmış, həmin qız Turalı göstərərək onun arxasınca gəldiyi üçün yıxıldığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları Turalı polis şöbəsinə apararaq məsələni aydınlaşdırmaq istədiklərini bildirmişlər. Şəxs polis əməkdaşlarına nə üçün polis şöbəsinə getməli olmasını bildirərək imtina etmişdir. Polis əməkdaşları onu post patrul avtomobilinə əyləşməsi barədə təkliflərini Şəxs qəbul etməmiş, ayağını betona vuraraq özünə qəsd edəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Şəmkir şəhəri H.Əliyev parkında tanıdığı xanıma oxşadaraq bir qızın ardınca getmiş, həmin qız həyacanlanmış, piyada gedərkən büdrəyib parkda olan su hövuzuna yıxılmışdır. Bu zaman polis əməkdaşları gəlmiş, qızı ayağa qaldırmış, həmin qız onu göstərərək onun arxasınca getdiyini bildirmişdir. Polis əməkdaşları onu polis şöbəsinə apararaq məsələni aydınlaşdırmaq istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına nə üçün polis şöbəsinə getməli olmasını irad bildirmişdir. Polis əməkdaşları onu post patrul avtomobilinə əyləşməsi barədə təkliflərini qəbul etməmiş, ayağını betona vuraraq özünə qəsd edəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. O, polis əməkdaşlarına qarşı səhv hərəkət etmişdir. Hazırda əməlindən peşmandır, cərimə ödəməyə razıdır, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 çıxışında, Şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin polis nəfəri X4 ifadəsində bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə polis nəfəri X9 ilə birlikdə Şəmkir şəhəri H.Əliyev parkında xidmətdə olarkən, saat 20 radələrində Şəmkir şəhəri H.Əliyev parkında bir azyaşlı qızın piyada gedərkən büdrəyib parkda olan su hövuzuna yıxıldığını görmüşlər və onlar qızı ayağa qaldırmışlar. Həmin qız Şəxs göstərərək onun arxasınca gəldiyi üçün yıxıldığını onlara bildirmişdir. Onlar özlərini təqdim edərək, Şəxs polis şöbəsinə dəvət edərək məsələni aydınlaşdırmaq istədiklərini bildirmişlər. Şəxs onlara nə üçün polis şöbəsinə getməli olmasını bildirərək razılaşmamışdır. Onların post patrul avtomobilinə əyləşməsi barədə təkliflərini Şəxs qəbul etməmiş, ayağını betona vuraraq özünə qəsd edəcəyini bildirmişdir. Bundan sonra Şəxs məcburi qaydada avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin polis nəfəri X9 şahid X3 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şəmkir RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı 2 saat vaxt sərf etdiyindən dövlət büdcəsinin hesabından müdafiəçi X8 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 12 (on iki) manat məbləğində pul vəsaiti Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2023-cü il tаrixdən, saat 20:15-dən hesablansın. Qərаrın icrаsı Şəmkir rayon X6 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçi X8 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 12 (on iki) manat məbləğində pul vəsaiti Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar