Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1302/2023 05.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəmkir şəhəri, R.Behbudov küçəsi 10 da qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3327/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 30 sentyabr 2019-cu il tarixdən başlayaraq, 07 iyul 2007-ci il tarixdə Əli və 23 yanvar 2013-cü ildə Zəhra adlı uşaqların saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Həmin qərardad əsasında verilmiş icra sənədi üzrə borclunun 1040 manat borcu ödənilməmiş qalmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən inzibati protoklun təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, iki il yarımdan çoxdur insult keçirmiş və xəsdədir, ayaqlarını və qolunu idarə edəbilmir. Neçə müddət xəstəxana yatmışdır və ona əlillik dərəcəsi veriləcəkdir. Xəstə olduğuna görə alimenti ödəməmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o borcunun tam olaraq ödənilməsini istəyir. Borclunun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-3327/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə hazırki mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 30 sentyabr 2019-cu il tarixdən başlayaraq, 07 iyul 2007-ci il tarixdə Əli və 23 yanvar 2013-cü ildə Zəhra adlı uşaqların saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2019-cu il tarixli qərarla icra məmuru Şamil Hacıyev tərəfindən icraata qəbul edilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamil Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3327/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamil Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarla, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3327/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədinin icraatına xitam verilməsindən iki ildən artıq müddət keçməsinə baxmayaraq, icra məmuru tərəfindən qeyd edilən icra sənədinə isnad edilərək inzibati protokol tərtib edilmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.3.-cü maddəsinə əsasən, İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.7.-ci maddəsinə əsasən, İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Həmin Qanunun 20.8.-ci maddəsinə əsasən, İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Beləliklə, işin qeyd olunan hallarını və icra haqqında qanunun tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1302/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1302/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver