Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1302/2024 24.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı baxılmağa hazırlanması məqsədi ilə nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından müəyyən olunur ki, Şəxs Müdafiə Nazirliyinin Göygöl rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin 2-ci divizionunun yeməkxanasında təsərrüfat manqasının mülkü işçiləri növbənin təhvil-təslimi zamanı yeməkxana ərazisinin natəmizliyini əsas gətirərək mübahisə etmələri, qabyuyan mətbəxt işçisi Şəxs və aşpaz X3 yeməkxana xidmətçisi X2 ilə mübahisə edərək qarşılıqlı şəkildə bir-birilərini təhqir etməsi və yemək paylama məntəqəsinin şüşəsinin qırılaraq X1 əlinə düşərək ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən « sol əlin İ barmağın və sol əlin içəri səthinin səthi kəsilmiş yaraları» xəsarəti yetirməklə qəsdən fiziki ağrı yetirmişdir. Göstərilənlərə əsasən Şəmkir hərbi prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati material baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında işin baxılması məhkəmənin səlahiyyətinə aid olsa da onun hazırda baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimatın 298-4-cü bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclası katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil edir. Qanunun yuxarıda qeyd edilən müddəalarına görə inzibati həbs nəzərdə tutulan inzibati xəta haqqında işlərin baxılmasında birmənalı olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı mütləqdir və bu işlərə işin məhkəməyə daxil olduğu gün baxılmalıdır. Habelə qanunun tələblərinin yerinə yetirilməsi üçün bu cür hallarda inzibati xətaya dair materialı məhkəməyə göndərmiş səlahiyyətli şəxs, barəsində icraat aparılan şəxsin və digər şəxslərin də məhkəməyə təqdim olunmasını təmin etməlidir. Buna baxmayaraq inzibati işin materialları məhkəməyə poçt vasitəsilə göndərilməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən barəsində icraat aparılan şəxsin dərhal baxılmalı olan iş üzrə iştirakının təmin edilməsi praktiki baxımdan mümkün deyildir. Belə olan halda isə inzibati həbs tənbeh növü nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatda mövcud olan bu natamamlığın material daxil olduğu gün məhkəmə tərəfindən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini də həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, qanunvericiliyin tələbinə görə sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan inzibati xəta haqqında işə xətanı törətməsi ehtimal olunan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmasına dair qərar qəbul edildikdən sonra və inzibati material daxil olan gün baxılmalı olduğundan, habelə mövcud natamamlığın işə baxılarkən tamamlanması mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərar və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın materialı natamam olduğuna, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərəçəkmiş şəxs təqdim edilmədiyindən Şəmkir hərbi prokurorluğuna geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1302/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1302/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver