Məhkəmə qərarları › İş №3(076)-1304/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1304/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1304/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X2 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Şəmkir RPŞ– nin Kür PB-nin sahə rəisi X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsi əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X6 Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X6 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, 2019-cu ilin dekabr ayında Şəmkir rayon Qapanlı kənd Bələdiyyəsinin sədri seçilmiş və xx.xx.2020-ci il tarixdən etibarən sədr kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsi onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsi əsasında xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 13.379 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilməsini qeyd etmişdir. Bundan sonra həmin protokol əsasında xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Hazırda qeyd olunan protokolu və qərarı qəbul etmir. Belə ki, həmin protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, müdafiə hüququ pozulmaqla əsassız protokol tərtib edilmiş, həmçinin həmin protokol əsasında xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuşdur. Həmçinin, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə ona məlumat verilməmiş və inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmışdır. Bununla da onun hüquqları kobud şəkildə pozulmuş, özünü müdafiə hüquqlarını həyata keçirmək üçün şərait yaradılmamışdır. Göründüyü kimi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla onun barəsində əsassız və qanunsuz şəkildə inzibati xəta haqqında protokol və qərar qəbul edilmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Həmçinin, qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının olmasından məlumatı olmamış, belə ki, məlumatı olsaydə özü həmin kolların təmizlənməsini təşkil edərdi. Hazırda barəsində tərtib edilmiş protokolu və qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Şəmkir RPŞ–nin Kür PB-nin sahə rəisi X3 məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ–nin Kür PB-nin əməkdaşları tərəfindən Şəmkir rayonu Qapanlı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə baxış keçirlimiş və orada ümumi sayı 13.379 ədəd olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Aqronomun iştirakı ilə həmin kollara baxış keçirilmiş və onlara heç bir aqrotexniki qaydada qulluq edilmədiyi müəyyən olunmuşdur. Bundan sonra Şəmkir rayon Qapanlı kənd Bələdiyyəsinin sədri X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsi əsasında xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə Rüfət Seyidov xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla 400 manat inzibati cərimə edilmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən X6 protokolu imzalamaqdan imtina etmiş, bu barədə protokolda müvafiq qeyd aparılmışdır. Hazırda şikayətin dəlillərini qəbul etmir və Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməli və inzibati xətanı törətmiş şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, işdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir rayonu Qapanlı Bələdiyyəsinin sədri X4 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir Rayon Polis X8 Bölməsinin sahə rəisinə göndərilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəmkir rayonu Qapanlı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 13.379 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 100.1–ci maddəsinə əsasən bu Məcəllənin 54–cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2–ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4 cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə qeyd edir ki, X6 şikayət ərizəsində və məhkəmə iclası zamanı izahatında inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə ona məlumat verilməməsini, inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını, bununla da onun hüquqlarının kobud şəkildə pozulmasını bildirsə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir Bununla belə Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsi xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən inzibati xətanın xarakterini, onun törədilməsi hallarını və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətini nəzərə almamışdır. Buna görə də həmin qərar dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 9.1–ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsində ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməli və inzibati xətanı törətmiş X2 barəsində inzibati cərimə şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 116.1–ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2–ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3–cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4–cü maddəsinə əsasən i.nzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Odur ki, məhkəmə hesab edir ki, X5 inzibati cərimə şərti olaraq tətbiq edilməli və üzərinə 01 ay müddətində bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin aşkar edilmiş narkotik tərkibli çətənə kollarından təmizləməsi vəzifəsi qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. Azərbaycan Respublikası İXM–nin 116–cı maddəsinə əsasən Azərbaycan Respublikası DİN Şəmkir Rayon Polis X8 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209–cu maddəsi əsasında təqsirli bilinən X5 təyin edilmiş 400 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilsin, onun üzərinə 01 ay müddətində bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin aşkar edilmiş narkotik tərkibli çətənə kollarından təmizləməsi vəzifəsi qoyulsun və həmin hüquqpozmanın aradan qaldırılması ilə bağlı məhkəməyə məlumat verilsin. Hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə təyin edilmiş cərimə ödənilməsin, əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar