Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1307/2023 30.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsi əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, guya X2 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş, bu səbəbdən xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, X4 xx.xx.2022–ci il tarixli əmrlə Qazax–Tovuz Regional Təhsil İdarəsinə metodiki kabinetin katibə–makinaçı vəzifəsinə təyin edilmiş və onunla 7 ay 11 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddətinin xx.xx.2022–ci il tarixdə bitməsinə baxmayaraq, onunla əmək münasibətlərinin davam etdirilməsi məqsədilə əmək müqaviləsinə xitam verilməmiş və Əmək Məcəlləsinin 73–cü maddəsinə əsasən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Həmin hal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinə bildirilməsinə baxmayaraq, heç bir əsaslı səbəb olmadan X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 manat inzibati cərimə edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dinririlmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı X8 ifadəsində göstərdi ki, X4 xx.xx.2022–ci il tarixli əmrlə Qazax–Tovuz Regional Təhsil İdarəsinə metodiki kabinetin katibə–makinaçı vəzifəsinə təyin edilmiş və onunla 7 ay 11 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddətinin xx.xx.2022–ci il tarixdə bitməsinə baxmayaraq, onunla əmək münasibətlərinin davam etdirilməsi məqsədilə əmək müqaviləsinə xitam verilməmiş və Əmək Məcəlləsinin 73–cü maddəsinə əsasən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Lakin müqavilənin müddətinin bitdiyi tarix texniki səhv olaraq sistemdə xx.xx.2023–cü il tarix kimi qeyd edilmiş, bundan sonra həmin hal aşkar edilmiş və texniki səhv dərhal aradan qaldırılmışdır. Belə ki, xx.xx.2023–cü il tarixdə X4 ilə bağlanmış əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2023–cü il tarix olaraq sistemdə düzəliş edilmişdir. Həmin düzəliş barədə X3 məlumat verilmiş və o, xx.xx.2023–cü il tarixədək öz vəzifəsini icra etmişdir. Belə olan halda işçinin hər hansı hüququ pozulmamış, işçi müqavilənin son müddətinədək işləmiş və müddət bitdikdə son gün haqq– hesabını almışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsi heç bir araşdırma aparmadan, texniki səhvin aradan qaldırılmasını müəyyən etmədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 barəsində xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, daha sonra həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 manat inzibati cərimə edilmişdir. Lakin qəbul edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar əsaslandırılmamış, konkret olaraq hansı əməlin törədilməsi və ya hansı qanun pozuntusunun baş verməsi müəyyən edilməmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinə və şikayət vermiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin nümayəndəsinin və X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahid ifadəsini, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsində katibə–makinaçı işləyən X2 əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 manat inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli K–38 saylı əmrdən görünür ki, X4 xx.xx.2022–ci il tarixədək (7 ay 11 gün müddətinə) Qazax rayonu üzrə makinaçı vəzifəsinə təyin edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2022–ci il tarixli əmək bildirişindən görünür ki, X1 rayonu üzrə makinaçı vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2022–ci il müəyyən edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023–cü il tarixli əmək bildirişindən görünür ki, X4 ilə bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2023–cü il müəyyən edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023–cü il tarixli əmək bildirişindən görünür ki, X4 ilə bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2023–cü il müəyyən edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli əmrdən görünür ki, X4 ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2023–cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə, ilk növbədə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2023– cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmədiyindən, barəsində protokol tərtib edilmiş şəxsin qanunda nəzərdə tutulmuş hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, həmçinin fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar verilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 99.2–ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılması, həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsas kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 99.3–cü maddəsinə əsasən bu Məcəllənin 99.1–ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2–ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Eləcə də, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsinin dispozisyasında işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki inzibati xəta haqqında işdə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X10 tərəfindən həmin inzibati xətanın törətdilməsi müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, xx.xx.2022–ci il tarixli K– 38 saylı əmrlə X4 xx.xx.2022–ci il tarixədək Qazax rayonu üzrə makinaçı vəzifəsinə təyin edilmişdir. Tərəflər əmək münasibətlərini davam etdirmək istədiklərindən işçi ilə bağlanmış əmək müqaviləsinin müddəti uzadılmış, lakin xx.xx.2023–cü il tarixli əmək müqaviləsinin müddəti uzadılarkən əmək müqaviləsinin qurtardığı tarix texniki səhv olaraq xx.xx.2023–cü il müəyyən edilmişdir. Bundan sonra, yəni xx.xx.2023–cü il tarixdə həmin texniki səhv aradan qaldırlmış və X4 ilə bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2023–cü il müəyyən edilmişdir. xx.xx.2023–cü il tarixli əmrlə X4 ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2023–cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73.1–ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45–ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax– Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 əməlində hər hnası inzibati xəta tərkibi olmamış, xx.xx.2022–ci il tarixli əmrlə X4 xx.xx.2022–ci il tarixədək Qazax rayonu üzrə makinaçı vəzifəsinə təyin edilmiş, lakin xx.xx.2023–cü il tarixli əmək müqaviləsinin müddəti uzadılarkən əmək müqaviləsinin qurtardığı tarix texniki səhv olaraq xx.xx.2023–cü il müəyyən edilmişdir. Bundan sonra, yəni xx.xx.2023– cü il tarixdə həmin səhv aşkar olunaraq aradan qaldırlmış və X4 ilə bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2023–cü il müəyyən edilmişdir. xx.xx.2023–cü il tarixdən isə işçiyə son haqq–hesab hesablanmaqla əmək müqaviləsinə xitam verilmiş və işçinin hər hansı hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Belə olan halda işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi halı müəyyən edilməmiş və xx.xx.2023–cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən, artıq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsi tərəfindən texniki səhv aradan qaldırılmış və sistemdə düzəliş edilmişdir. Protokol tərtib edən vəzifəli şəxs isə həmin halı araşdırmadan protokol tərtib etmiş, daha sonra isə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X5 İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan hallar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 əməlində hər hansı inzibati xəta tərkibi olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 53.0.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsi ilə təqsirli bilinib 2.000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsi ilə təqsirli bilinib 2.000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Taleh Musayev