Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1312/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-in Zəyəm PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəmkir RPŞ-in Zəyəm PB-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində Şəmkir RPŞ-in Zəyəm PB-nin sahə rəisi X2 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək material baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023–cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində təkər düzəldilən sexin arxa tərəfində qumar oynamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-in Zəyəm PB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin Zəyəm PB-nin Əməliyyat Müvəkkili, polis kiçik leytenantı, X8 PB-nə raport ilə müraciət edərək Düyərli kəndində olan zaman adları sonradan məlum olan Düyərli kənd sakinləri Samir Abbasov, Şəxs, Ramin Məmmədov, Kənan Cəfərov və X6 kəndi ərazisində yaşayan Samir Abbasova məxsus təkər düzəltmə sexinin ərazisində kart vasitəsilə pul ilə qumar oynadıqlarını görüb onların masasına yaxınlaşan zaman masanın üzərində 36 ədəd kart, bir ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq əskinazları aşkar etmiş, bu səbəbdən adları qeyd olunan şəxsləri barələrində tədbir görülməsi məqsədilə maddi sübutla birlikdə Zəyəm PB-nə gətirilmələri qeyd olunmuşdur. Cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə törədilmiş inzbati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Məhərrəmə məxsus bağ sahəsində ot biçimi olan zaman oda həmin otları xırdabuynuzlu heyvanlarına vermək üçün götürmüş, Düyərli kəndində yerləşən çayxanaya gələn zaman yolda Düyərli kənd sakini Samir adlı şəxsə məxsus təkər düzəldilən sexdə həmkəndliləri Vüsal, Kənan, Samir və Ramin adı şəxslərin 0.50 qəpikdən qumar oynadıqlarını görmüşdür. O da onların yanına maraqlı olduqları üçün gəlmiş və 0.50 qəpikdən oynamağa başlamış və iki manat pul uduzmuşdur. Təxminən adlarını qeyd etdiyi şəxslərlə 5-10 dəqiqə qumar oynadıqdan sonra Zəyəm PB-nin əməkdaşları onlar olduqları yerə gələrək onların hərəkətlərinin qanunsuz olduğunu deyib onları Zəyəm PB-nə gətirmişlər. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Odur ki, məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. İşdə olan Şəmkir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1311 saylı qərardan görünür ki, X5 xx.xx.2023–cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində qumar oynamışdır. Qeyd edilənə əsasən o Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 36 ədəd oyun kartı və 14 manat pul vəsaiti müsadirə edilməklə, 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qərarda oyun ləvazimatı olan 36 ədəd oyun kartı və 14 manat pul vəsaiti müsadirə edildiyindən, hazırki inzibati işdə bu hissəyə münasibət bildirilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1312/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1312/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver