Məhkəmə qərarları › İş №3(076)-1312/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1312/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1312/2024 27.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon X3 PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon X3 PB-də tərtib olunmuş material baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir Rayon X3 PB-nin polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş 27 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü ildə Şəmkir rayonu, Mahmudlu kəndində qumar oynamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə üç min manat məbləğində cərimə edilir. Göründüyü kimi həmin normanın sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi imperativ qaydada göstərilmişdir. Başqa sözlə, əgər məhkəmə şəxsi İXM-nin 525-ci maddəsi ilə təqsirli bilərsə, əsas tənbeh növü kimi cərimə ilə yanaşı, mütləq əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsini də tətbiq etməlidir. Lakin, inzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, Şəxs barəsində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol materiala əlavə olunsa da, inzibati xətanın bilavasitə obyekti olmuş predmet(lər) materiala əlavə edilməmiş və ya onun harada saxlanılması, həmin predmetin fərdi xüsusiyyətləri barədə hər hansı məlumat iş materiallarında mövcud deyildir. Məhkəmənin hazırlıq iclası zamanı da protokolu tərtib etmiş şəxs inzibati xətanın bilavasitə predmeti olan əşyaların götürülüb-götürülmədiyini, harada saxlanılmasını bilmədiyini bildirmişdir. Belə olan təqdirdə, inzibati xəta haqqında işə baxılması nəticəsində Şəxs İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinməsi halında, inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi məsələsini həll etmək qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şəmkir rayon X3 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar