Məhkəmə qərarları › İş №3(076)-1313/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1313/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1313/2024 27.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 525–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis X1 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 525–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM–nin 100–cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6–cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Bundan başqa qeyd edilməlidir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və şahidlərin izahatları göstərilməmiş, iş üzrə maddi sübutlar barədə məsələ öz həllini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM–nin 100.1.7–ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. Yuxarıda qeyd olunan qanun normalarına baxmayaraq, protokol tərtib edilərkən şahidlərin dairəsi tam araşdırılmamış, maddi sübutlarla (oyun kartları, pul əskinazları və.s) bağlı məsələ öz həllini tapmamışdır. Hesab edirəm ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM–nin 109.1.6–cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM–nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM–nin 525–ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis X1 Bölməsinə geri qaytarılsın. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar