Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1314/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-in Zəyəm PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Şəmkir RPŞ-in Zəyəm PB-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində Şəmkir RPŞ-in Zəyəm PB-nin sahə rəisi X3 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək material baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023–cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində təkər düzəldilən sexin arxa tərəfində qumar oynamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-in Zəyəm PB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs qumar oynamamışdır. O sadəcə çay aparmışdır. O, təhqiqatın qərarı olduğu üçün protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023–cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində təkər düzəldilən sexin arxa tərəfində qumar oynamamışdır. O qumar oynuyanların arxa tərəfində sexdə işləmiş, sadəcə o, qumar oynayanlara çay aparmışdır. Odur ki, məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, xx.xx.2023–cü il tarixdə Düyərli kəndində yerləşən çayxanaya gələn zaman yolda Düyərli kənd sakini Samir adlı şəxsə məxsus təkər düzəldilən sexdə həmkəndliləri Vüsal, Kənan, Samir və Ramin adı şəxslərin 0.50 qəpikdən qumar oynadıqlarını görmüşdür. O da onların yanına maraqlı olduqları üçün gəlmiş və 0.50 qəpikdən oynamağa başlamış və iki manat pul uduzmuşdur. Təxminən adlarını qeyd etdiyi şəxslərlə 5-10 dəqiqə qumar oynadıqdan sonra Zəyəm PB-nin əməkdaşları onlar olduqları yerə gələrək onların hərəkətlərinin qanunsuz olduğunu deyib onları Zəyəm PB-nə gətirmişlər. Şəxs onlarla birlikdə qumar oynamamış, ancaq onlara çay gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X7 şahid X2 ifadəsində göstərdiyi xüsatları bir daha təsdiqləyərək, Şəxs onlarla birlikdə qumar oynamadığını, ancaq onlara çay gətirdiyini bildirmişlər. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İş materialları ilə müəyyən olunur ki, borclu Şəxs qumar oynamamışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1314/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1314/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver