Məhkəmə qərarları › İş №3(076)-1315/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1315/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1315/2025 19.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Əmiraslanova Esmira Sarif qızının katibliyi Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29353213 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin elektron qərarına əsasən fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında EQ29353213 nömrəli elektron qərar qəbul edilmişdir. İlk öncə qeyd edir ki, AR İXM-nin 127-1.3-cü maddəsinə zidd olaraq elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri ona təqdim olunmamışdır. Həmin Qərardan narazı olduğu üçün Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bunun üçün AR DİN BDYPİ-yə 2 dəfə elektron poçt vasitəsilə rəsmi müraciət edərək barəsində inzibati tənbeh vermə haqqında tərtib edilmiş elektron qərarın surətinin faktiki yaşayış ünvanına göndərilməsini xahiş etsə də müraciəti cavabsız qalmışdır. AR DİN BDYPİ-nin bu hərəkətsizliyini görərək bir neçə dəfə onların Bakı şəhəri, Binəqədi ray., Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Baş İdarəsinə getmişdir. Nəhayət sonuncu dəfə ona orda bildirdilər ki, qeydiyyat ünvanım Şəmkir rayonunda olduğu üçün o Şəmkir rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə yaxınlaşmalıdır, elektron qərarın surətini ordan əldə etməlidir. Şəmkir rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə də bir neçə dəfə gedib-gələndən sonra nəhayət ki, elektron qərarın surətini xx.xx.2025-ci il tarixdə ala bilmişdir. Qərarın ləğvi üçün hərəkətlərindən şikayət etdiyi orqanın ünvanının olduğu yer üzrə Binəqədi rayon Məhkəməsinə elektron qaydada şikayət etdi. Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-6498/2025 saylı Qərardadı ilə iddia ərizəmin icraata qəbul edilməsindən imtina edilmişdir və ona barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət vermək hüququmun olması, həmin müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edildiyi izah edilmişdir. Bu hüquqdan istifadə edərək Şəmkir rayon Məhkəməsinə müraciət edir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar əsassız olduğundan o, ləğy olunmalıdır. Belə ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda idarə etdiyi nəqliyyat vasitəsində artıq yükün aşkarlanmasında istifadə olunan ölçmə (xüsusi texniki) vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmamışdır. Qərarı barəsində şikayət edilən Azərbaycan Respublikası DİN-in BDYPİ-yə iclasın vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. X2 isə məhkəməyə ərizə ünvanlayaraq onu iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bu halda işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29353213 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5–ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 1200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN-in BDYP inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in BDYP–nin X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN–in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29353213 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29353213 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar