Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1316/2024 29.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X5 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanda yaşayan X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, X7, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-49/2023 saylı icra sənədi üzrə yaranmış borcunu üzrsüz səbəbdən ödəməyərək, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-49/2023 icra sənədinə əsasən cavabdeh Şəxs 1200 manat dəyərində 2 ədəd kompüter, 80 manat dəyərində 2 ədəd internet modemi, 25 manat dəyərində 1 ədəd ağ rəngdə hava üfürən qızdırıcı, 500 manat dəyərində 10 ədəd qadın ayaqqabıları dəsti, ana və qız üçün nəzərdə tutulmuş formada, 500 mana dəyərində 20 dəst uşaq ayaqqabıları "ETO babu" markalı ayaqqabılar, 150 manat dəyərində 30 dəst bir yaşlı uşaqlar üçün nəzərdə tutulmuş "uşaq papuşu" içərisində corabı ilə birlikdə ayaqqabı, 240 manat dəyərində 4 ədəd qırmızı rəngli uşaq üçün kofta, 250 manat dəyərində 5 ədəd qadın gecə paltarı, 180 manat dəyərində 3 ədəd kişi gecə paltarı, 60 manat dəyərində bir ədəd qadın gecə paltarı villur markalı, 7 manat dəyərində 5 ədəd kişi cins şalvarı, 60 manat dəyərində 1 ədəd uşaq üçün poliver, 3 ədəd uşaq üçün poliver, 700 manat dəyərində 20 ədəd uşaq üşün idman paltarı dəst formada, 75 manat dəyərində 5 ədəd qız uşağı üçün şalvar, 40 manat dəyərində 2 ədəd qız uşağı üçün poliver, 60 manat dəyərində 3 ədəd qız uşağı üçün jilet, 40 manat dəyərində 4 ədəd uşaq üçün yaşıl şalvar, 60 manat dəyərində 4 ədəd sellofan materiallı uşaq şalvarı, 90 manat dəyərində təzə doğulmuş uşaq üçün 6 ədəd təzə doğulmuş uşaq üçün qarışıq rəngli paltar, 24 manat dəyərində 12 ədəd uşaq üçün əlcək 45 manat dəyərində 3 ədəd uşaq üçün aşağı hissəsi tüklü yeddi yaşa qədər qız uşağı üçün olan şalvarlar, 225 manat dəyərində 9 ədəd qız uşaq üçün donlar, 108 manat dəyərində 36 ədəd uşaq üçün dəstlər, 75 manat dəyərində 25 ədəd yun corab, 12 manat dəyərində beş yaşında oğlan uşağı üçün 5 ədəd cins şalvar, 300 manat dəyərində 10 ədəd on bir yaşda oğlan uşağı üçün cins şalvar, 250 manat dəyərində 10 ədəd on beş yaşda oğlan uşağı üçün cin şalvarlar, hər biri 50 manat olan 10 dəst cəmi 500 manat dəyərində müxtəlif formalı bijuteiyalar, 720 manat dəyərində bir ədəd 8 qram çəkidə 750 avarlı İtaliya istehsalı qızıl üzük, 840 manat dəyərində 12 qrar çəkidə 2.5 karatlıq beş ədəd brilyant qaşılı Rusiya istehsalı olan 585 əyarlı üzük, 3500 manat dəyərində bir ədəd 50 qram çəkidə “Rekert" modelli Russiya Federasiyası istehsallı 585 əyarlı boyunbağı, 490 manat dəyərində bir ədəd brilyant qaşlı Russiya istehsalı olan 585 əyyarlı 7 qram şəkidə üzük, 900 manat dəyərində bir ədəd 8.6 qram çəkidə Russiya istehsallı 585 ayarlı "10" luq qızıl, 550 manat dəyərində bir ədəd 7.5 qram çəkidə 585 əyarlı Rusiya istehsallı "5"lik qızıl, 574 manat dəyərində bir ədəd 8.2 qramı çəkidə "Tarakan" modelli SSRİ istehsalı olan 583 əvyarlı qızıl üzük, 350 manat dəyərində bir ədəd tək brilyant qaşı olan 5 qram çəkidə Rusiya islehsalı olan 585 əyyarlı qızıl üzük, 441 manat dəyərində bir ədəd 6.3 qram çəkidə Rusiya istehsalı 585 əyyarlı qızıl boyunbağı, 700 manat dəyərində bir ədəd 10 qram çəkid 585 əyarlı Rusiya istehsalı qızıl boyunbağı, 1350 manat dəyərində bir ədəd 21 qram qızılı olan 585 ayar Rusiya istehsalı "Çayka" markalı qızıl saat, 1500 manat dəyərində bir ədəd 23.5 qram qızılı olan 585 ayar Rusiya istehsalı "Zarya" markalı qızıl saat, 1260 manat dəyərində bir ədəd Rusiya istehsalı olan brilyant qaşlı 18 qram çəkisi olan 585 ayarlı qızıl qolbağı, həmin əşyalar olmadıqda isə dəyəri olan 19212 (on doqquz min iki yüz on iki) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. Borclu icra şöbəsinə dəvət olunaraq tələbkara olan borcunu ödəməsi təklif olunmuş, lakin X7 maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Bundan başqa icra məmuru X2 cavablandırarkən qeyd etdi ki, X9 Eldar həbsdə olduğuna görə icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası ilə bağlı bildiriş protokol tərtib etməmişdən bir qədər əvvəl, yəni 29 dekabr 2024-cü il tarixdə təqdim edilmişdir. Həmçinin borclunun əmlak vəziyyəti elektron sisitem vasitəsilə yoxlanılmış, borclunun cəzaçəkmə müəssisəsində işləməsi və 345 manat əmək haqqı alması müəyyən olunduğundan, əmək haqqına yönəldilmə olmuşdur, əlavə hər hansı icra tədbirləri görülməmişdir. Hesab edir ki, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim olunmasada borclunun icra sənədinin mövcudluğundan məlumatı olmuş və icra sənədinin icrasından qəsdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu X7 izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-49/2023 icra sənədinə əsasən ondan 1200 manat dəyərində 2 ədəd kompüter, 80 manat dəyərində 2 ədəd internet modemi, 25 manat dəyərində 1 ədəd ağ rəngdə hava üfürən qızdırıcı, 500 manat dəyərində 10 ədəd qadın ayaqqabıları dəsti, ana və qız üçün nəzərdə tutulmuş formada, 500 mana dəyərində 20 dəst uşaq ayaqqabıları "ETO babu" markalı ayaqqabılar, 150 manat dəyərində 30 dəst bir yaşlı uşaqlar üçün nəzərdə tutulmuş "uşaq papuşu" içərisində corabı ilə birlikdə ayaqqabı, 240 manat dəyərində 4 ədəd qırmızı rəngli uşaq üçün kofta, 250 manat dəyərində 5 ədəd qadın gecə paltarı, 180 manat dəyərində 3 ədəd kişi gecə paltarı, 60 manat dəyərində bir ədəd qadın gecə paltarı villur markalı, 7 manat dəyərində 5 ədəd kişi cins şalvarı, 60 manat dəyərində 1 ədəd uşaq üçün poliver, 3 ədəd uşaq üçün poliver, 700 manat dəyərində 20 ədəd uşaq üşün idman paltarı dəst formada, 75 manat dəyərində 5 ədəd qız uşağı üçün şalvar, 40 manat dəyərində 2 ədəd qız uşağı üçün poliver, 60 manat dəyərində 3 ədəd qız uşağı üçün jilet, 40 manat dəyərində 4 ədəd uşaq üçün yaşıl şalvar, 60 manat dəyərində 4 ədəd sellofan materiallı uşaq şalvarı, 90 manat dəyərində təzə doğulmuş uşaq üçün 6 ədəd təzə doğulmuş uşaq üçün qarışıq rəngli paltar, 24 manat dəyərində 12 ədəd uşaq üçün əlcək 45 manat dəyərində 3 ədəd uşaq üçün aşağı hissəsi tüklü yeddi yaşa qədər qız uşağı üçün olan şalvarlar, 225 manat dəyərində 9 ədəd qız uşaq üçün donlar, 108 manat dəyərində 36 ədəd uşaq üçün dəstlər, 75 manat dəyərində 25 ədəd yun corab, 12 manat dəyərində beş yaşında oğlan uşağı üçün 5 ədəd cins şalvar, 300 manat dəyərində 10 ədəd on bir yaşda oğlan uşağı üçün cins şalvar, 250 manat dəyərində 10 ədəd on beş yaşda oğlan uşağı üçün cin şalvarlar, hər biri 50 manat olan 10 dəst cəmi 500 manat dəyərində müxtəlif formalı bijuteiyalar, 720 manat dəyərində bir ədəd 8 qram çəkidə 750 avarlı İtaliya istehsalı qızıl üzük, 840 manat dəyərində 12 qrar çəkidə 2.5 karatlıq beş ədəd brilyant qaşılı Rusiya istehsalı olan 585 əyarlı üzük, 3500 manat dəyərində bir ədəd 50 qram çəkidə “Rekert" modelli Russiya Federasiyası istehsallı 585 əyarlı boyunbağı, 490 manat dəyərində bir ədəd brilyant qaşlı Russiya istehsalı olan 585 əyyarlı 7 qram şəkidə üzük, 900 manat dəyərində bir ədəd 8.6 qram çəkidə Russiya istehsallı 585 ayarlı "10" luq qızıl, 550 manat dəyərində bir ədəd 7.5 qram çəkidə 585 əyarlı Rusiya istehsallı "5"lik qızıl, 574 manat dəyərində bir ədəd 8.2 qramı çəkidə "Tarakan" modelli SSRİ istehsalı olan 583 əvyarlı qızıl üzük, 350 manat dəyərində bir ədəd tək brilyant qaşı olan 5 qram çəkidə Rusiya islehsalı olan 585 əyyarlı qızıl üzük, 441 manat dəyərində bir ədəd 6.3 qram çəkidə Rusiya istehsalı 585 əyyarlı qızıl boyunbağı, 700 manat dəyərində bir ədəd 10 qram çəkid 585 əyarlı Rusiya istehsalı qızıl boyunbağı, 1350 manat dəyərində bir ədəd 21 qram qızılı olan 585 ayar Rusiya istehsalı "Çayka" markalı qızıl saat, 1500 manat dəyərində bir ədəd 23.5 qram qızılı olan 585 ayar Rusiya istehsalı "Zarya" markalı qızıl saat, 1260 manat dəyərində bir ədəd Rusiya istehsalı olan brilyant qaşlı 18 qram çəkisi olan 585 ayarlı qızıl qolbağı, həmin əşyalar olmadıqda isə dəyəri olan 19212 (on doqquz min iki yüz on iki) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Onun icra sənədi barədə heç bir məlumatı olmamışdır. Belə ki, ona Şəmkir Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası verilmiş və xx.xx.2024-cü il tarixdə cəzası başa çatdığı üçün azadlığa buraxılmışdır. xx.xx.2024-cü il tarixdə o icra şöbəsinə dəvət olunaraq Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-49/2023 saylı icra sənədi ilə tanış edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Hazırda çəzaçəkmə müəssisəsindən təzə azad olunduğu üçün heç yerdə işləmir, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. İcra sənədi üzrə borcunu qəbul edir və həmin borcun icrasından qəsdən yayınmır, sadəcə olaraq maddi cəhətdən çətinlik çəkdiyi üçün borcunu ödəyə bilmir. Həmçinin özü vərəm xəstəsidir və mütamadi müalicə alır. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-49/2023 icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1200 manat dəyərində 2 ədəd kompüter, 80 manat dəyərində 2 ədəd internet modemi, 25 manat dəyərində 1 ədəd ağ rəngdə hava üfürən qızdırıcı, 500 manat dəyərində 10 ədəd qadın ayaqqabıları dəsti, ana və qız üçün nəzərdə tutulmuş formada, 500 mana dəyərində 20 dəst uşaq ayaqqabıları "ETO babu" markalı ayaqqabılar, 150 manat dəyərində 30 dəst bir yaşlı uşaqlar üçün nəzərdə tutulmuş "uşaq papuşu" içərisində corabı ilə birlikdə ayaqqabı, 240 manat dəyərində 4 ədəd qırmızı rəngli uşaq üçün kofta, 250 manat dəyərində 5 ədəd qadın gecə paltarı, 180 manat dəyərində 3 ədəd kişi gecə paltarı, 60 manat dəyərində bir ədəd qadın gecə paltarı villur markalı, 7 manat dəyərində 5 ədəd kişi cins şalvarı, 60 manat dəyərində 1 ədəd uşaq üçün poliver, 3 ədəd uşaq üçün poliver, 700 manat dəyərində 20 ədəd uşaq üşün idman paltarı dəst formada, 75 manat dəyərində 5 ədəd qız uşağı üçün şalvar, 40 manat dəyərində 2 ədəd qız uşağı üçün poliver, 60 manat dəyərində 3 ədəd qız uşağı üçün jilet, 40 manat dəyərində 4 ədəd uşaq üçün yaşıl şalvar, 60 manat dəyərində 4 ədəd sellofan materiallı uşaq şalvarı, 90 manat dəyərində təzə doğulmuş uşaq üçün 6 ədəd təzə doğulmuş uşaq üçün qarışıq rəngli paltar, 24 manat dəyərində 12 ədəd uşaq üçün əlcək 45 manat dəyərində 3 ədəd uşaq üçün aşağı hissəsi tüklü yeddi yaşa qədər qız uşağı üçün olan şalvarlar, 225 manat dəyərində 9 ədəd qız uşaq üçün donlar, 108 manat dəyərində 36 ədəd uşaq üçün dəstlər, 75 manat dəyərində 25 ədəd yun corab, 12 manat dəyərində beş yaşında oğlan uşağı üçün 5 ədəd cins şalvar, 300 manat dəyərində 10 ədəd on bir yaşda oğlan uşağı üçün cins şalvar, 250 manat dəyərində 10 ədəd on beş yaşda oğlan uşağı üçün cin şalvarlar, hər biri 50 manat olan 10 dəst cəmi 500 manat dəyərində müxtəlif formalı bijuteiyalar, 720 manat dəyərində bir ədəd 8 qram çəkidə 750 avarlı İtaliya istehsalı qızıl üzük, 840 manat dəyərində 12 qrar çəkidə 2.5 karatlıq beş ədəd brilyant qaşılı Rusiya istehsalı olan 585 əyarlı üzük, 3500 manat dəyərində bir ədəd 50 qram çəkidə “Rekert" modelli Russiya Federasiyası istehsallı 585 əyarlı boyunbağı, 490 manat dəyərində bir ədəd brilyant qaşlı Russiya istehsalı olan 585 əyyarlı 7 qram şəkidə üzük, 900 manat dəyərində bir ədəd 8.6 qram çəkidə Russiya istehsallı 585 ayarlı "10" luq qızıl, 550 manat dəyərində bir ədəd 7.5 qram çəkidə 585 əyarlı Rusiya istehsallı "5"lik qızıl, 574 manat dəyərində bir ədəd 8.2 qramı çəkidə "Tarakan" modelli SSRİ istehsalı olan 583 əvyarlı qızıl üzük, 350 manat dəyərində bir ədəd tək brilyant qaşı olan 5 qram çəkidə Rusiya islehsalı olan 585 əyyarlı qızıl üzük, 441 manat dəyərində bir ədəd 6.3 qram çəkidə Rusiya istehsalı 585 əyyarlı qızıl boyunbağı, 700 manat dəyərində bir ədəd 10 qram çəkid 585 əyarlı Rusiya istehsalı qızıl boyunbağı, 1350 manat dəyərində bir ədəd 21 qram qızılı olan 585 ayar Rusiya istehsalı "Çayka" markalı qızıl saat, 1500 manat dəyərində bir ədəd 23.5 qram qızılı olan 585 ayar Rusiya istehsalı "Zarya" markalı qızıl saat, 1260 manat dəyərində bir ədəd Rusiya istehsalı olan brilyant qaşlı 18 qram çəkisi olan 585 ayarlı qızıl qolbağı, həmin əşyalar olmadıqda isə dəyəri olan 19212 (on doqquz min iki yüz on iki) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-49/2023 icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 xx.xx.2024-cü il tarixli, 3-16-17/36/2-2845/2024 saylı məktubundan görünür ki, X7 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə X3 icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru yuxarıda qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim etmədən, hətta xx.xx.2024 tarixdə icra məmuru tərəfindən qəbul olunmuş icraata başlamaq haqqında qərarla tanış edildikdən sonra tələbin könüllü icrası üçün müəyyən olunmuş 10 günlük müddəti belə gözləmədən X3 barəsində birbaşa son icra tədbiri olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı heç bir tədbir görülmədən, (sadəcə formal olaraq borclu protokol tərtib etməzdən əvvəl icra sənədi ilə tanış edilərək) yəni qanunvericilikdə nəzərdə tutulmuş heç bir məcburi icra tədbirləri görmədən və heç bir əsas yaranmadan X3 barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə X3 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. X3 əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən X3 barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1316/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1316/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver