Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1323/2023 12.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-in İTB-nin polis sahə rəisi: X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cahagir qızının İnzibati xəta törətmiş şəxs: Şəxs Müdafiəçi: Vəkil iştirakı ilə xx.xx.1973–cü il tarixdə Şəmkir rayonu, Dəllər- Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 07 iyul 2023–cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində Zərərçəkmiş şəxs Cahagir qızına məxsus 100 metr uzuluğunda 25 mm-lik 180 manat dəyərində dəmir boruları talamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Cahagir qızı onun mərhum qardaşının yoldaşıdır. Hazırda Nailə uşaqları ilə birlikdə ona məxsus evdə yaşayır. Lakin onlar arasında mülk mübahisəsi vardır. Belə ki, o, 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Cahagir qızının evdən çıxarılmasına dair məhkəmədə iddia qaldırmış, onun iddiası Şəmkir Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Lakin Zərərçəkmiş şəxs kassasiya qaydasında şikayət vermiş, bu səbəbdən qətnamə hələ icra olunmamışdır. Qeyd edir ki, mübahisəli dəmir borular Nailəyə məxsus olmamış, atası 20 il əvvəl həmin boruları çəkdirmişdir. Həqiqətən həmin boruları 07 iyul 2023–cü il tarixdə kəsib götürmüşdür. Çünki boruların Nailəyə heç bir aidiyyəti yoxdur, borular 20 il əvvəl atası tərəfindən çəkilmişdir və atasına məxsus olmuşdur. Hazırda protokolun dəlillərini qəbul etmir. Belə ki, 20 il əvvəl öz həyətlərində atası tərəfindən çəkilmiş boruları kəsmiş və belə olan halda o, hər hnası inzibati xəta hadisəsi törətməmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Cahagir qızı məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs 07 iyul 2023–cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşadıqları evin həyətində olan, ona məxsus 100 metr uzuluğunda 25 mm-lik 180 manat dəyərində dəmir boruları talamışdır. Belə ki, qeyd olunan dəmir borular 20 il əvvəl onun yaşadığı evin həyətində çəkilmişdir, bu səbəbdən yaşadığı evə, dolayısı ilə ona məxsusdur. Hazırda Şəxs ona dəymiş ziyanı ödəəmişdir. Odur ki, Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama - yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağı özündə ehtiva etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında mülki mübahisə vardır və Şəxs özgəsinin əmlakını talaması halı müəyyən olunmamışdır. Göründüyü kimi tərəflərin izahatları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, hər hansı inzibati xəta hadisəsinin baş verməsi müəyyən olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.1–ci maddəsində göstərilmişdir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1323/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1323/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver