Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1331/2023 16.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X14, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi X12, zərəçəkmiş şəxslər X8 və X2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, X17 kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdən inzibati qaydada tutulan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023–cü il tarixdə yaşadığı evdə münaqişə zəminində arvadı X9 döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X18 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs xx.xx.2023–cü il tarixdə yaşadığı evdə münaqişə zəminində X3 döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X18 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X18 izahatında bildirdi ki, aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, X13 ilə Şəxs ər-arvaddır. X1 anasıdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə X13 ilə Şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində mübahisə baş vermiş, Şəxs mübahisə zamanı X9 və X3 vuraraq xəsarətlər yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmişdir. xx.xx.2023-cü il tarixdə Sənubər 102 xidmətinə zəng vuraraq Şəxs onu və qızını döyməsini bildirmişdir. İş üzrə cinayət işinin başlanılması rədd edilmiş, sonra Qulunun barəsində protokol tərtib edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, barəsində şikayət edən arvadı X13 və onun anası X4r. O şöfer işləyir Bakıya yük daşıyır. Uşağı görmək üçün evə getmiş, arvadı ilə mübahisə etmişlər. Gülcan uşağı ilə anasıgilə getmək istəmiş, o isə icazə vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o Gülcanı və anası Sənubəri əl zərbələri ilə vurmuşdur. Hazırda aralarında barışıq əldə olunmamışdır. Məkhəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 izahatında göstərdi ki, ev soyuq olduğu üçün uşağına baxa bilməmişdir. O da əri Quluya demişdir ki, anasıgilə gedir. Qulu ona getməyə icazə verməmiş, aralarında mübahisə baş vermiş, Qulu onu döymüş, saçını yolmuşdur. O, anasını çağırmış, Qulu anasının sifətinə vurmuş və döymüşdür. Hazırda Şəxs şikayətçidir, aralarında barışıq olmamışdır və onun həbs olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, qızı Gülcan ona demişdir ki, ağrıyır, uşağı 3 aylıqdır. Uşağı əməliyyatla olduğuna görə uşağa tək baxabilmir. xx.xx.2023-cü il tarixdə qızı zəng edərək Qulunun onu döyməsini demişdir. O da taksi ilə onların yaşadığı evə getmişdir. Qulu onları mübahisə zamanı vurmuşdur. Hazırda Şəxs şikayətçidir, aralarında barışıq olmamışdır və onun həbs olunmasını xahiş edir. İnzibati xəta haqqında protokola əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, onun haqqında İXM 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X11” X21 Şımkir rayonu MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1139 saylı MTE-nın rəyindən məlum olur ki, X8 müayinə zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ yanağın, sol çiyinüstü nahiyənin, sol mil-bilək oynağının arxa səthinin sıyrıqları və qarın nahiyəsinin ön səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X11” X21 Şımkir rayonu MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1140 saylı MTE-nın rəyindən məlum olur ki, X2 müayinə zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində təpə nahiyəsinin, burun yəhərinin, sağ saidin və sağ bud nahiyəsinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməsi ilə yanaşı, inzibati material üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən inzibati xəta haqda material üzrə Şəxs təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini və onun yaşını, maddi vəziyyətini, əvvəllər inzibati qaydada həbs olunmasını, zərərçəkmiş şəxslərlə aralarında barışıq əldə olunmamasını və inzibati xətanı zərərçəkmiş şəxslərin evində ailə üzvlərinin gözü qarşında törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən, saat 19:05-dən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən, saat 19:05-dən hesablansın. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X15 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1331/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1331/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver