Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1332/2025 26.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədirliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 452.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Şəmkir Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən Şəmkir Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC-nin İXM-nin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN * * * * * * * saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Kür qəsəbəsi M.Topçubaşov küçəsi N.4A üvanında Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2025-ci il tarixində 10:00-da plan üzrə növbəti yoxlama zamanı aptek təşkilatına dair tələblərin və aptek təşkilatından dərman vəsaitlərinin buraxılması qaydalarının pozulması aşkar edilmişdir. Ona görə də xx.xx.2025-ci il tarixdə "xxxx" MMC barəsində MN * * * * * * * saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, "xxxx" MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materialında olan xx.xx.2025-ci il tarixli MN * * * * * * * saylı inzibati xəta haqqında protokola əlavə edilmiş “Yoxlama suallarının siyahısından” 2137 №-li reyestrdən görünür ki, "xxxx" MMC tərəfindən aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vəsaitlərinin buraxılması qaydalarına riayət olunmamış və bu barədə protokol tərtib edilən zaman "xxxx" MMC-nin nümayəndəsi X1 etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən “Aptek təşkilatlarına dair” tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan "xxxx" MMC aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vəsaitlərinin buraxılması qaydalarına riayət olunmamışdır. Bununla da "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min ) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-1332/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1332/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver