Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1334/2023 26.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX tağımın baş serjantı, inspektoru X3 iştirakları ilə, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023–cü il tarixli inzibati xəta haqqında elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: DİN-nin BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2023–cü il tarixli EQ 17301261 saylı inzibati tənbeh vermə haqqında elektron qərarla X6 VOLKSWAGEN PASSAT MİNİK markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolu 401-ci km Şəmkir dairəsində xx.xx.2023–cü il tarixdə saat 17:43-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati qaydada cərimə edilmişdir. X9 DİN-nin BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2023–cü il tarixli inzibati xəta haqqında qərardan şikayət verərək, DİN-nin BDYPİ-nin X1 xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında X9 barəsində verilmiş inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, ona xx.xx.2023-cü il tarixdə asanpay mərkəzindən sms bildirişi gəlmişdir. Bildirişə nəzər saldıqda görmüşdür ki, barəsində İXMnin 329.1-ci maddəsi tətbiq edilərək 40 manat cərimə cəzası tətbiq edilmişdir. Əsas olaraq isə onun təhlükəsizlik kəmərdən istifadə etməməsi göstərilmişdir. Qeyd edir ki, həmin protokol və qərar tam əsassız olaraq tərtib edilmişdir. Belə ki, o heç bir qanun pozuntusuna yol verməmiş və protokolda qeyd olunanlar tam əsassızdır. Həmin protokol və qərar qanunsuz tərtib olunmuşdur. Hesab edir ki, onun qeyd olunan əməldə təqsiri yoxdur. Onun qeyd olunan xətanı törətməsi sübut olunmalıdır. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Şikayət vermiş şəxs X9 məhkəməyə teleqram göndərərək universitetdə dərsdə olduğuna görə məhkəmə iclasında iştirak edəbilmiyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şikayət vermiş şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX tağımın baş serjantı, inspektoru X8 şikayətin dəlillərini əsassız hesab edərək göstərdi ki, xx.xx.2023– cü il tarixli inzibati xəta haqqında elektron qərar qanunvericiliyin tələbinə uyğun qəbul edilmişdir. Belə ki, xüsusi texniki vasitə ilə qeyd alınmış foto şəkillərdən və elektoron qərardan görünür ki, Bakı-Qazax yolu 401-ci km Şəmkir dairəsində xx.xx.2023–cü il tarixdə saat 17:43-də VOLKSWAGEN PASSAT MİNİK markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Yol hərəkəti haqqında Qanunun 37-ci maddəsinin 6-cı bəndinin tələbini pozaraq təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etmiş, həmin zaman avtomobili qanuni sahiblik əsasında idarə edən şəxs elektron baza məlumatları əsasında X10 olması müəyyən edilmiş, xx.xx.2023–cü il tarixli EQ 17301261 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və həmin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərarla X9 inzibati tənbeh edilməmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini, xx.xx.2023–cü il tarixli inzibati xəta haqqında elektron qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 329.1–ci maddəsinə əsasən sürücü təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Qanunun 37-ci maddəsinin 6-cı bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması və xüsusi texniki vasitənin köməkliyi ilə qeydə alınmış foto şəkillərlə müəyyən edilmişdir ki, Bakı-Qazax yolu 401-ci km Şəmkir dairəsində xx.xx.2023–cü il tarixdə saat 17:43-də VOLKSWAGEN PASSAT MİNİK markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Yol hərəkəti haqqında Qanunun 37-ci maddəsinin 6-cı bəndinin tələbini pozaraq təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etmiş, həmin zaman avtomobili qanuni sahiblik əsasında idarə edən şəxs elektron baza məlumatları əsasında müəyyən edilmiş və X10 barəsində xx.xx.2023–cü il tarixli EQ 17301261 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və həmin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. X2 həmin qərarı şikayətinə əlavə edərək, qeyd edilən qərarın onun barəsində əsassız olaraq qəbul edildiyini şikayətində göstərmiş və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə belə nitəcəyə gəlir ki, xx.xx.2023–cü il tarixli EQ 17301261 saylı inzibati tənbeh vermə haqqında elektron qərar X10 barəsində düzgün olaraq qəbul edilmiş və həmin qərarın X7 barəsində qəbul edilməsi barədə məhkəmə iclasında heç bir hal müəyyən edilməmişdir. İş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 İXM-in 329.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X7 şikayəti əsassız olduğundan təmin edilməməli və DİN-nin BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2023–cü il tarixli EQ 17301261 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: DİN-nin BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2023–cü il tarixli, EQ 17301261 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1334/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1334/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver