Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1337/2023 05.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 430.4–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinə "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 430.4–cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC 97.850 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021–ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 97.850 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclası zamanı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı protokolun dəlillərini qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən "xxxx" ASC tərəfindən xx.xx.2021–ci il tarixdə Türkiyənin müvafiq şirkətinə 97.850 ABŞ dolları məbləğində vəsait köçürülmüş və həmin vəsait hesabına alınan bütün mallar vaxtında ölkəyə idxal edilmişdir. Belə olan halda hesab edir ki, "xxxx" ASC-nin əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC xx.xx.2021–ci il tarixdə 97.850 ABŞ dolları məbləğində vəsaiti Türkiyə Cumhuriyyətinin “ArcelorMittal RZK X4 San. ve Tic.A.Ş” şirkətinə köçürmüş, lakin həmin vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021–ci il tarixdə Türkiyə Cumhuriyyətinin “ArcelorMittal RZK X4 San. ve Tic.A.Ş” şirkətinə 97.850 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İşdə olan Gömrük bəyannamələrindən görünür ki, "xxxx" ASC tərəfindən Türkiyə Cumhuriyyətinin “ArcelorMittal RZK X4 San. ve Tic.A.Ş” şirkətindən alınan mallar (xidmətlər) ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokola iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qeyd edir ki, "xxxx" ASC tərəfindən Türkiyə Cumhuriyyətinin “ArcelorMittal RZK X4 San. ve Tic.A.Ş” şirkətindən alınan malların (xidmətlər) ölkəyə idxal edilməməsi halı müəyyən edilməmişdir. Əksində işdə olan Gömrük bəyannamələri ilə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən alınan mallar (xidmətlər) ölkəyə idxal edilmişdir. Bu hal isə "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsinin tərkibi olmasını istina edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş "xxxx" ASC-nin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1337/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1337/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver