Məhkəmə qərarları › İş №3(076)-1338/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1338/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1338/2023 31.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, zərərçəkmiş şəxs X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i m: Şəmkir RPŞ-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Prokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, S.Vurğun küçəsində X2 məxsus **-BM-*** dövlət qeydiyyat nişanlı Hundai Elantra markalı avtomobilin üzlük rəngini bilərəkdən zədələmişdir və 150 manat miqdarında ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İХМ-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qayda məlumat verilməsinə baxmayaraq, Şəmkir RPŞ-nin polis sahə rəisi X3 və barəsidə inzibati iş üzrə icraat aparılan şəxs Şəxs üzürlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, o, Şəmkir rayonu Səməd Vurğun küçəsində yerləşən Pərvin Şəbnəm gözəllik salonunu icarəyə götürüb təxminən 2022-ci ilin dekabr ayından işlətmişdir. Həmin gözəllik salonunda heç bir problemləri olmamışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Səməd Vurğun küçəsində yerləşən Gözəllik salonunun qarşısında ona məxsus olan **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamışdır. Həmin avtomobil səkidə olması səbəbindən Şəxs onun avtomobilinin üzərinə ayaqları ilə çıxaraq onun avtomobilini əzməyə çalışmış, onun üzərinə küçədə qışqırmış və onu hədələmiş, o, həmin şəxslə bir neçə dəqiqə sözlə mübahisə etmişlər. Şəxs onun avtomobilinin üzərinə çıxaraq avtomobilinin dam və qapot hissəsini əzmiş, onu həmin yerdə işləməyə qoymayacağını bildirmişdir. O, Səbuhidən qorxduğu üçün iş yerini dəyişmişdir. Onun avtomobilinə dəymiş ziyanla bağlı heç bir söz deyə bilmir. Ona məxsus avtomobili detallı təmizləməyə versə ən azı 150-200 manat usta pul alacaqlarını bilir. Belə düşünmüşdür ki, ona 150-200 manat ziyan dəymişdir. Şəxs bilərəkdən avtomobilinin üzərinə çıxıb ziyanlıq vurmuşdur. Bu barədə video görüntüdə təqdim etmişdir. Bundan əlavə Şəxs onun işlədiyi gözəllik salonuna girib, müştərilərin yanında qışqıraraq onu hədələmiş, o, müştərilərin yanında pis vəiyyətdə qalmışdır. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, törədilmiş əməl işin faktiki halları ilə öz təsdiqini tapmadığından, barəsidə inzibati iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini təsdiq edən sənəd materiala əlavə edilmədən, əmələ düzgün hüquqi qiymət verilməsi üçün işin faktiki hallarını müəyyən edən heç bir sübut əlavə edilmədiyindən, protokol düzgün tərtib edilmədən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin inzibati material nəzərdən keçirilərkən müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Səməd Vurğun küçəsində yerləşən Gözəllik salonunun qarşısında X2 məxsus olan **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə ayaqları ilə çıxaraq əzməyə çalışmasına, Pərvin Məmmədovanın üzərinə küçədə qışqırmasına və onu hədələməsinə, küçədə mübahisə etməsinə, Şəxs avtomobilin üzərinə çıxaraq avtomobilinin dam və qapot hissəsini əzməsinə, Pərvin Məmmədovanı həmin yerdə işləməyə qoymayacağını bildirməsinə, bundan əlavə Şəxs gözəllik salonuna girib, müştərilərin yanında qışqıraraq Pərvin Məmmədovanı hədələməsi barədə edilmiş hərəkətlərə, məhkəməyə təqdim edilmiş materialda münasibət bildirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şəmkir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar