Məhkəmə qərarları › İş №3(076)-135/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-135/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-135/2024 15.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndəsi X2, Şəmkir DYPB-nin İnzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 iştirakları ilə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Qazax-Tovuz Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı təqdim etməmişdir. Bunun nəticəsində hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qazax- Tovuz Regional Təhsil İdarəsinin nümayəndəsi X5 ifadəsində bildirdi ki, təqsirli olduqlarını qəbul edir. Sənəd elektron sistemə yüklənmədiyindən tərəflərindən görülməmiş bu səbəbdən cavab verilməmişdir. Məktubu Cavahir adlı əməkdaşları qəbul etmişdir. Odur ki, qanun tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şəmkir DYPB-nin İnzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X4 protokol məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, hüquqi şəxs tərəfindən qəbul edildikdən 5 iş günü müddətində rəsmi məlumat verilmişdir. Lakin məktub qəbul edilsə də cavab verilməmişdir. Odur ki, qanun tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş mаteriаllаrındа оlаn və məhkəmə bаxışındа tədqiq edilmiş: Sorğunun surətindən məlum olur ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin mülkiyyətində olan NAZLİFAN LF6430-SUV MİNİK markalı 57AA516 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2023-cü il tarixində saat 10:22-də Tovuz rayonu Heydər Əliyev prospekti Olimpiya Kompleksi yaxınlığında yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi xahiş olunmuş, bu məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir; Poçt xəbərnaməsindən məlum olur ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinə ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Qazax-Tovuz Regional Təhsil İdarəsi İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 123.1-123.3-cü maddələrinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 347-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qazax-Tovuz Regional Təhsil İdarəsi Аzərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci mаddəsi ilə ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən Rəşad Mustafayev Hakim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar