Məhkəmə qərarları › İş №3(076)-1350/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1350/2023

21.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1350/2023 21.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Şəmkir RPŞnin X12 sahə rəisi, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəmkir RPŞ-nin X8 daxil olmuş inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin X12 sahə rəisi, X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndində içtimai qaydanı pozmuş və bu zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin X12 sahə rəisi, X9 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində nəlayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları onu nizam intizama dəvət etməsinə baxmayaraq o öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yaşayan, adını Elena kimi bildiyi X3 ilə uzun müddətdir ki, qeyri-rəsmi yaşayır. xx.xx.2023-cü il tarixdə gecə saat 00:30 radələrində Zəyəm Cırdaxan kəndində yerləşən kafedə pivə içən zaman qeyri-rəsmi yaşadığı Elena kimi tanıdığı qadının həmin kafedə işləməsini görmüş və buna əsəbləşmiş, Elena qaçıb kəndin içərisində olan evinə getmişdir. O da onun arxasınca evinə getmişdir. Onun evində olan vaxt nə qədər səsləsə də Elena kimi tanıdığı Şəlalə çölə çıxmamışdır. O da əsəbləşib ucadan onun ünvanına və ünvansız küçə söyüşləri söyüb çölə çıxmasını, əks təqdirdə onun saçından tutub pəncərədən çölə çıxaracağını bildirmişdir. Sonra Şəlalənin evinin qapısını açaraq evinə daxil olmuşdur. Həmin vaxt bərk sərxoş vəziyyətdə olmuş və özündə olmamışdır. Həmin vaxt yanlarına polis əməkdaşları gəlmişvə onu intizama dəvət edib sakit olmasını bildirmişlər. O da sərxoş olduğu üçün özündə olmamış və bilmədən polisə tabe olmamışdır. Daha sonra polis əməkdaşları onu Zəyəm polis bölməsinə gətirmişlər. Hazırda əməlindən peşmandır, ona cərimə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Mətləb İsmayılovu iş yerində tanımışdır. Onlar 2023-cü ilin aprel ayından tanış olmuşlar və ər arvad münasibətlərində olmuşlar. Mətləb xx.xx.2023-cü il tarixdə gecə saat 00:30 radələrində oun Zəyəm Cırdaxan kəndində yerləşən işlədiyi kafeyə taksi ilə gəlmiş, iş yerində onunla birlikdə pivə içmişdir. Sonra Mətləb ona qısqanmış, yanındaki qızı xoşlamadığı üçün ona görə lap əsəbləşmişdir. Mətəb ona birlikdə getmələrini bildirmiş, o, Mətləbin sərxoş olduğu üçün getmək istəməmiş, yaşadığı evə gəlmişdir. Mətləb onun ardınca yaşadığı evə gəlmiş, o və iki azyaşlı uşağı qorxmuş, işıqları söndürüb evdə gizlənmişlər. Mətləb onun yaşadığı evə daxil olub onu özü ilə hər nə olursa olsun aparacağını bildirmiş, aralarında mübahisə yaranmış, uşaqları Mətləbə etiraz etmişdır. O qorxduğu üçün DİN 102 qaynar xəttinə zəng etmiş, həmin vaxt Mətləb uca səslə qışqırmış və səs haray salmışdır. Polis əməkdaşaları onun yaşadığı evə gələrkən Mətləb sərxoş olduğundan onlara əhəmiyyət verməmiş, nəlayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, rəsmi olaraq Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində xidmət edir, polis kapitanı xüsusi rütbəsi daşıyır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə olan müddət ərzində Zəyəm PB-nin əməliyyat istintaq qrupunda xidmətdə olan zaman gecə saat 02:00 radələrində Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yaşayan X3 AR DİN-nin 102 ximdətinə müraciət edərək qeyri rəsmi yaşadığı Şəxs sərxoş vəziyyətdə onun ünvanına gələrək onu öldürməklə, azyaşlı övladını ondan icazəsiz aparmaq hədələdiyini, münaqişə yaratmasını və qadına yaraşmayan söyüşlərlə təhqir etməsini bildirmişdir. Onlar, yəni əməliyyat istintaq qrupunun üzvləri Zəyəm PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Cümşüd Novruzlu sürücü polis baş serjantı Ruslan Bağırov, Zəyəm PB-nin PPX-nin polis nəfərləri polis baş serjantı Elmir Əliyev, Ziyəddin Cabbarov və o həmin ünvanda oldular. Onlar ünvanda olan zaman həqiqətən də Şəxs sərxoş vəziyyətdə orada səs-küy salmasını gördülər. Onlar onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərinə davam edirdi. Şəxs onların qanuni tələbinə tabe olmadığı üçün onlar onu Zəyəm PB-nə gətirdilər və barəsində qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, rəsmi olaraq Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı xüsusi rütbəsi daşıyır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə olan müddət ərzində Zəyəm PB-nin əməliyyat istintaq qrupunda xidmətdə olan zaman gecə saat 02:00 radələrində Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yaşayan X3 AR DİN-nin 102 ximdətinə müraciət edərək qeyri rəsmi yaşadığı Şəxs sərxoş vəziyyətdə onun ünvanına gələrək onu öldürməklə, azyaşlı övladını ondan icazəsiz aparmaq hədələdiyini, münaqişə yaratmasını və qadına yaraşmayan söyüşlərlə təhqir etməsini bildirmişdir. Onlar, yəni əməliyyat istintaq qrupunun üzvləri TB-nin təhqiqatçısı, polis kapitanı Emil Əliyev, sürücü polis baş serjantı Ruslan Bağırov, Zəyəm PB-nin PPX-nin polis nəfərləri polis baş serjantı Elmir Əliyev, Ziyəddin Cabbarov və o həmin ünvanda oldular. Onlar ünvanda olan zaman həqiqətən də Şəxs sərxoş vəziyyətdə orada səs-küy salmasını gördülər. Onlar onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərinə davam edirdi. Şəxs onların qanuni tələbinə tabe olmadığı üçün onlar onu Zəyəm PB-nə gətirdilər və barəsində qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etdilər. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə hüquqları saat 02:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 310 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, Şəxs 0.6 promil alkoqol sərxoşu olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şəmkir RPŞ-nin X8 daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halı müəyyən etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu və hüquqları məhdudlaşdığı xx.xx.2023-cü il tаrixdən, saat 02:00-dan hesablansın. Qərаrın icrаsı Şəmkir rayon X6 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar