Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1353/2023 21.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Şəmkir DYPİ YNH baş inspektoru, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir DYPİ YNH baş inspektoru, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğu üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas kimi, 15 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 210610 markall, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 50-ci km-nin Tunel yolu ilə Şəmkir Səbəti bazarı yolunda hərəkətdə olar zaman Şəxs idarə etdiyi VAZ 2104 markalı 10FS947 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 210610 markall, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Şəmkir DYPİ YNH baş inspektoru, polis mayoru X6 ifadəsində göstərdi ki, 15 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 210610 markall, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 50-ci km-nin Tunel yolu ilə Şəmkir Səbəti bazarı yolunda hərəkətdə olar zaman Şəxs idarə etdiyi VAZ 2104 markalı 10FS947 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 210610 markall, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almışdır. Məhkəmədən inzibati iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona məxsus VAZ 2104 markalı, 10FS947 dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobili idarə etmək üçün hər bir sənədi var. Lakin sənədləri naməlum şəraitdə itirmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Şəmkir Səbət bazarından çıxıb yaşadığı ünvana gedən zaman Bakı-Qazax magistral yolunun altından keçən tunelə yaxınlaşarkən bir anlığa hərəkət etdiyi yolun öz hərəkət zolağı olduğunu güman edib qarşı tərəfdən hərəkət edən VAZ 2106 markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmışdır. Nəticədə onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 2106 markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 avtomobilində sərnişin qismində olan qızı Zərərçəkmiş şəxs2 muxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Eyni zamanda onun protes dişləri düşmüşdür. Yol nəqliyyat hadisəsi baş verəndən sonra o TTYŞ-nə məlumat vermiş və şöbənin əməkdaşları gəlib Zərərçəkmiş şəxs2 xəstəxanaya aparmışlar. O, hadisə zamanı sərxoş olmamışdır və hazırda törətdiyi əməldən səmimi peşmandır. Ona məhkəmə tərəfindən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, maddi imkanı olmamasından, diqqətsizliyi səbəbindən avtomobil qəzasından sonra zərərkəçmiş şəxsin səhəti ilə maraqlana bilməmiş və onlarla barışıq əldə edəbilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ona məxsus VAZ 210610 markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobili etibarnamə əsasında idarə edir, avtomobili idarə etmək üçün hər bir sənədi var. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində o Gəncə şəhərindən çıxıb Gədəbəy rayonuna gedən zaman Şəmkir rayonu ərazisində yerləşən Şəmkir Səbəti bazarından alış-veriş etmək qərarına gəlmişdir. Bunun üçün magistral avtomobil yoldan ayrılan yol ilə Səbət bazarına doğru hərəkət etmişdir. Yolun tunel hissəsini keçən zaman sonradan adı ona məlum olan Şəxs idarə etdiyi VAZ 2104 markalı, 10FS947 dövlət qeydiyyat nişanlı avtomobili ilə qarşı tərəfdən onun hərəkət zolağına çıxıb onunla qarşı-qarşıya gəlib toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə avtomobilində sərnişin qismində olan qızı Zərərçəkmiş şəxs2 müxdəlif dərəcəli bədən xəsarətləri almışdır. Eyni zamanda avtomobilinin ön hissəsi zədələnmişdir. Bundan sonra o qızı Aynurun xəsarət aldığını görüb 102 xidmətinə məlumat vermişdir. Daha sonra TTYŞ-nə zəng etmişdir. Həmin şöbənin əməkdaşları gəlib qızı Aynuru xəstəxanaya aparmışlar. O, hadisə zamanı sərxoş olmamışdır. O, Şəxs idarə etdiyi avtomobili təxminən 2 metr məsafədən görmüşdür. Keçən bu müddət ərzində inzibati xəta törədən şəxs onunla və qızı ilə maraqlanmamış, ona vurulmuş zərərdən heç bir ödəniş etməmiş və onunla barışıq əldə edilməsi üçün heç bir addım atmamışdır. Həmçinin onun avtomobilinə vurulmuş zərər məbləğindən az məbləğdə sığorta ona pul ödənilməsi qərarına gəlmişdir. O, bu səbəbdən X1 hüququndan məhrum edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, anası X5 ilə birlikdə atası Zərərçəkmiş şəxs1 məxsus olan VAZ 2106 markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən çıxıb Gədəbəy rayonuna gedən zaman Bakı-Qazax avtomobil yolunun sol kənarında yerləşən Şəmkir Səbət bazarından bazarlıq etmək qərarına gəlmişdir. Magistral yoldan dönüb tuneldən çıxan zaman VAZ 2104 markalı, 10FS947 dövlət qeydiyyat nişanlı avtomobil onların hərəkət zolağına qarşı tərəfdən çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı o alın, burun, sağ çiyin və sol diz nahiyələrindən xəsarət almışdır. Bundan sonra X7 əməkdaşları ona tibbi yardım göstərib Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlardır. Orada tibbi yardım göstərildikdən sonra onu evə buraxmışlar. Keçən bu müddət ərzində inzibati xəta törədən şəxs onunla maraqlanmamış, ona vurulmuş zərərdən heç bir ödəniş etməmiş və onunla barışıq əldə edilməsi üçün heç bir addım atmamışdır. O, bu səbəbdən X1 hüququndan məhrum edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixlin protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Bakı-Qazax yolunun 50-ci km-nin Tunel yolu ilə Şəmkir Səbəti bazarı yolunda VAZ 210610 markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində yolun sol tərəfindən mərkəzə doğru 2 metr məsafədə nizamlanmayan yolda baş vermişdir. Hadisə baş verən yerdə yol asfalt örtüklü, quru ve döngəlidir. Yolun eni 5 metrdir. Hadisədən əvvəl VAZ 210610 markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobil tunellə Şəmkir Səbəti bazarı istiqamətində VAZ 2104 markalı 10FS947 dövlət qeydiyyat nişanlı avtomobil isə Şəmkir Səbəti bazarından çıxıb Bakı-Qazax magistral yolu istiqamətində hərəkətdə olmuşlar. Hadisədən əvvəl Zərərçəkmiş şəxs1 idarə etdiyi 210610 markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobilin surəti saatda 30-40 km, Şəxs idarə etdiyi VAZ 2104 markalı 10FS947 dövlət qeydiyyat nişanlı avtomobilin surəti isə saatda 30-40 km olmuşdur. Avtomobillərin hərəkət istiqamətində hər hansı bir işarə yoxdur. Hadisə yeri yaşayış yerindən kənardır. VAZ 2104 markalı, 10FS947 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerində 5 metr uzunluğunda tormoz izləri var. Hadisə zamanı hər iki avtomobil texniki cəhətdən saz olmuş, surüculər sərxoş olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində VAZ-210610 minik markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2167 (iki min bir yüz altmış yeddi) manat dəyərində maddi zərər dəymişdir. Məhkəmə-tibbi ekspertinin 16-18 sentyabr 2023-cü tarixli 1096 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin əzilmiş yarası, burun yəhərinin, sol diz oynağının ön səthinin sıyrıqları və sağ bazu oynağının ön səthinin qançıları küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti 15 sentyabr 2023-cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2023-cü il tarixli 259 nömrəli serxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoş olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2023-cü il tarixli 260 nömrəli serxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs1 sərxoş olmadığı qeyd edilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-210610 minik markalı, 21BA614 dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 mülkiyyətindədir. İşdə olan BC091130 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Zərərçəkmiş şəxs1 məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, ona qarşı şikayət və tələbin olmamasına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibаti tənbehin təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 9 (doqquz) ay müddətə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1353/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1353/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver