Məhkəmə qərarları › İş №3(076)-1358/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1358/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1358/2023 23.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Şəmkir RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir şəhərində ünvansız nəlayiq ifadələr işlədərək içtimai qaydanı pozmuş və bu zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X8 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir şəhərində 20 yanvar küçəsində ünvansız nəlayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları onu nizam intizama dəvət etməsinə baxmayaraq o öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, onun dostu Turalla alacağı var idi. Onlar alacaqlarını alabilmədikləri üçün xx.xx.2023-cü il tarixdə zəng vurub Şəmkir şəhəri 20 Yanvar küçəsində hərəkət edərkən ucadan nalayiq söyünclər işlətmişlər. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb onlara söyünc söyməmələrini bildirmişlər. Bundan sonra sonra söyünc söyməmiş, polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o, etiraz etməmiş könüllü olaraq polis avtomobilinə minib polis şöbəsinə getmişdir. O, polisin qanuni tələbinə tabe olmuşdur. Hazırda əməlindən peşmandır, ona cərimə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X9 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri 20 Yanvar küçəsində xidmətdə olarkən 2 nəfər şəxsin telefonla danışarkən ucadan nalayiq söyünclər etdiklərini görmüşlər. Onlara həmin şəxlsərə yaxınlaşmışlar və nalyiq ifadələr işlətməmələrini tələb etmişlər. Həmin şəxslər telefonu söndürmüş və nəlayiq ifadələr işlətməmişlər. Onlar həmin şəxsləri polis şöbəsinə getməli olmalarını bildirmişlər, həmin şəxslər əvvəl narazılıq etmiş, lakin sonra könüllü polis avtomobilinə minmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 Əhmədovla eyni məzmunlu ifadə verərək dediklərini təsdiqləmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə və məhkəmə iclasında tərəflərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Belə ki, məhkəmə prosesi zamanı da Şəxs polis əməkdaşalarının qanuni tələblərinə tabe olmuş, polis şöbəsinə dəvət edilən zaman razılaşmış və Polis Şöbəsinə birlikdə getməsini bildirmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici və şahid ifadələri, Şəmkir RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri 20 yanvar küçəsində ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır, ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclasından dərhal inzibati qaydada həbs olunsun və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tаrixdən, saat 17:40-dan hesablansın. Qərаrın icrаsı Şəmkir rayon X7 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar