Məhkəmə qərarları › İş №3(076)-1384/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1384/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1384/2023 01.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Azərbaycan Respublikası DİN-nin inzibati tənbeh tətbiq etmə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: X2 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X1 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Şikayət ərizəsindən görünür ki, X2 xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etsə də, mübahisələndirdiyi qərarın surətini şikayətə əlavə etməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi qeyrimüəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla məhkəmə hansı qərarın mübahisələndirilməsini müəyyən edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalı və ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası DİN-nin inzibati tənbeh tətbiq etmə haqqında qərarından X2 tərəfindən verilmiş ərizənin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. X1 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar