Məhkəmə qərarları › İş №3(076)-1386/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1386/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1386/2023 01.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin, X1 barəsində tərtib edilmiş xx.xx.2023–cü il tarixli EQ 17192906 saylı, EQ 17192930 saylı, EQ 17192927 saylı və xx.xx.2023–cü il tarixli EQ 17185266 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: Barəsində qərar çıxarılmış X3, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 17192906 saylı, EQ 17192930 saylı, EQ 17192927 saylı və xx.xx.2023–cü il tarixli EQ 17185266 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verərək həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X2 qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 mübahisələndirdiyi qərarlar xx.xx.2023– cü il tarixdə və xx.xx.2023–cü il tarixdə qəbul edilmişdir. Ərizəçinin şikayəti isə xx.xx.2023–cü il tarixdə tərtib edilmiş, xx.xx.2023–cü il tarixdə də məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi X3 qərarlardan şikayət vermə müddətini ötürmüş, eləcə də prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar