Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1393/2023 03.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi nənəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023–cü il tarixdə yaşadığı evdə oğlu Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X3 izahatında bildirdi ki, aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023–cü il tarixdə yaşadığı evdə Şəxs ilə oğlu Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində mübahisə baş vermiş, o, Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs spirtli içkiyə meyilli insan olmaqla, daim yaşadığı evdə səs haray salır, anasını və oğlunu vurur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özqnq təqsirli bilməyərək izahatında göstərdi ki, o xx.xx.2023–cü il tarixdə yaşadığı evdə oğlu Firdovsini vurmamışdır, lakin əvvəllər ona bir dəfə şillə vurmuşdur. O daim piyvə içir. O, yaşdığı evin televizorunu qırmışdır. Oğlunu isə əvvəllər tərbiyəsu üçün bir şillə vurmuşdur. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, atası Şəxs içki düşkünüdür. O, onları dəfələrlə təhqir edir, onları döyür və içki almaq üçün pul tələb edir. xx.xx.2023-cü il tarixdə saat 03-04 radələrində yatmış, atası həmin vaxt müsiqi kalonkasına yüksək səslə mahnı qoyub onları qaldırıb nənəsi və onu döymüş, ona siqaret almalarını istəmişdir. Atası Səbuhi birinci bıçaq cixarıb nənəsinin üzərinə gedib ondan pul istəmiş, o nənəsini qorumaq istəyərkən ona şillə ilə vurmuşdur. O da DİN 102 xidmətinə zəng vurmuşdur. Aralarında barışıq olmamışdır, atasına qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxsin qanuni nümayəndəsi nənəsi Qanuni nümayəndə göstərdi ki, Səbuhi onun oğludur, Firdovsi isə nəvəsidir. Oğlu Səbuhi içki düşkünüdür, daim içir və onları döyür. Firdovsinin anası Bakı şəhərində yaşayır, ona görə də nəvəsi onun himayəsində yaşayır. xx.xx.2023-cü il tarixdə gecə saat 3-4 radalərində Səbuhi içki içmiş, sərxoş halda musiqi kalonkasının səsini qaldırmış, onu yuxudan oyadıb qoluna vurmuş, həmin vaxt Səbuhi onun üzərinə bıçaqla gəlmiş, nəvəsi Firdovsi ona kömək etmək üçün gəlmiş, bu zaman Səbuhi nəvəsi Firdovsini əli ilə vurmuşdur. Bundan əlavə Səbuhi evdə olan televizoru və aynaları qırmışdır. Bu səbəbdən Firdovsi gecə DİNnin 102 xidmətinə məlumat vermişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, onun haqqında İXM 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakterlidir, inzibati material üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən inzibati xəta haqda material üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmiş, məsuliyyəti ağırlaşdıran hal isə inzibati xətanı sərxoş halda törətməsidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini və onun yaşını, maddi vəziyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını və inzibati xətanı zərərçəkmiş şəxsin evində ailə üzvlərinin gözü qarşında törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X4 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1393/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1393/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver