Məhkəmə qərarları › İş №3(076)-14/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-14/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-14/2024 01.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, İX Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Tovuz rayonu, Qovlar şəhərində doğulmuş, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Tovuz rayonu, Qovlar şəhəri, M.Hüseyn küçəsi, ev-40 da qeydiyyatda olmaqla Tovuz rayonu, Qovlar şəhəri, A.Kazımov küçəsi, ev-37 də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş DİN BDYPİ-nin YPX Alayının İX tağımı tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 09 oktyabr 2023-cü il tarixdə saat 05:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 399-cu km-də, Zərərçəkmiş şəxs1 idarə etdiyi Honda İnsight markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi QAZ 33021 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobil toqquşmuşdur. Bundan sonra isə Qazax istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Ford Transit markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobil ön hissəsi ilə qəzadan sonra yolun hərəkət hisəsində dayanmış vəziyyətdə olan Honda İnsight markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Faktla bağlı YPXAnın 9-cu Tağımının YPX baş inspektoru, polis baş leyteantı X3 tərəfindən araşdırma aparılmışdır. Lakin sonradan məlum olmuşdur ki, Honda İnsight markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət alaraq ambulator qayda da Şəmkir RMX-na müraciət etmişdir. Bununla da Şəxs İXM-nin 327.8, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, İXMnin 327.1-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İX Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis baş leytenantı X3 inzibati protokolu müdafiə edərək göstərdi ki, onlar xx.xx.2023-cü il tarixdə xidmətdə olmuşlar. Səhər radələrində hava qaranlıq olmuş və onlar hadisə baş vermiş, Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 399-cu km-yə getmişlər. Hadisə yerində tərəflərələ söhbət aparan zaman, Zərərçəkmiş şəxs1 yolu ilə düz getmək istədiyini heç bir yerə dönmək istmədiyini bildirdi, Zərərçəkmiş şəxs2 idarə etdiyi Ford Transit markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobil ön hissəsi ilə qəzadan sonra yolun hərəkət hisəsində dayanmış vəziyyətdə olan Honda İnsight markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Bu səbəbdən Ford Transit markalı **-FG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 barəsində ara məsafəsi saxlamaması səbəbindən İXM-nin 327-ci maddəsi ilə protokol tərtib edildi. Şəxs maşını yüklü olduğu üçün həmçinin hadisənin baş verdiyi ərazidən 500-600 m yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinə girdiyini bu səbəblərdən asta sürətlə hərəkət etməsini, o öz yolu ilə hərəkət etməsini Zərərçəkmiş şəxs1 onun yoluna çıxmasını bildirdi. Zərərçəkmiş şəxs1 isə bunu təkzib edərək onun öz yolu ilə hərəkət etdiyini Şəxs yük maşını ilə onun yoluna çıxmasını bildirdi. Onlar hadisə yerində araşdırma apararkən Zərərçəkmiş şəxs1 xəsarət almasını bildirək xəstəxanaya getmiş. Zərərçəkmiş şəxs1 xəsarətlər olduğundan onlar təhqiqatçı Nemət Cəfərova məlumat vermişlər. Bundan sonra təhqiqatçı Nemət Cəfərov tərəfindən yol nəqliyyat hadisəsi ilə bağlı ekspertiza təyin edilmiş. Ekspert verdiyi rəydə QAZ 33021 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şəxs təqsir vermiş, bundan sonra təhqiqatçı Nemət Cəfərov tərəfindən qərar qəbul edilmiş, o da həmin qərara əsasən **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şəxs barəsində qanuna müvafiq qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozduğundan İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə protokol tərtib etmişdir. Protokolu müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 09 oktyabr 2023-cü il tarixdə saat 06:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən zaman yolun kənarında olan “AZPETROL” yanacaq doldurma məntəqəsinə girmiş və idarə etdiyi QAZ 33021 markalı **-BK-*** dövlət qevdiyyat nişanlı yük avtomobilinin yanacaq deposunu tam şəkildə benzinlə doldurmuş və daha sonra Bakı istiqamətində hərəkətə davam etmişdir. Təxminən 500-600 m məsafə hərəkət etdikdən sonra o, qarşıdan gələn bir avtomobilin öz yolundan onun yoluna çıxıb sonra qayıtmasını bir neçə dəfə görmüş, O elə düşünmüşdür ki, qarşıdan gələn həmin avtomobil qarşıda olan əlavə yollardan hər hansı biri ilə Şəmkir şəhərinə dönəcəkdir. Həmin vaxt onun maşını yüklü olmuş bu səbəbdən onun sürəti aşağı olmuşdur. Avtomobil ona yaxınlaşan zaman o hər iki yol ilə də avtomobil gəlməsini görmüşdür. Belə ki, hər iki yolla da avtomobil işıqları görmüşdür. O əvvəl düşünmüşdür ki, qarşıdan gələn avtomobil sağ yola çıxdığı üçün dönmə əməliyyatı edərək, kənar yola çıxacaqdır. O maşını sağa çəkmiş və ağ yola çıxmartmış və qarşıdan gələn avtomobilin sürücünün yatdığını fikirləşməsi səbəbindən avtomobilin uzaq vuran işıqlarından və səs siqnalından istifadə etmişdir. Toqquşmadan əvvəl qarşıdan gələn avtomobilin sürücüsü oyanmış, lakin təntidiyindən avtomobili sola hərəkət etdirmiş və o avtomobili sağa çəkməsinə baxmayaraq, yenədə onun avtomobilinə çırpmışdır. Onun heş bir günahı olmamışdır. Odur ki, məhkəmədən onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Honda İnsight markalı **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobil 2 dəfə onun yoluna keçib öz yoluna qayıtmış, sonda onun hərəkət yoluna çıxaraq hadisə baş vermişdir. O həmin avtomobilin onun zolağı ilə gəlməsini görmüşdür. O həmin avtomobili hadisənin baş verdiyi yerdən nə qədər məsafədə görməsini xatırlamır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə olunmuş YPXA-nın İX X5 Xidmətinin baş inspektoru, polis baş leyteantı X3 tərəfindən tərtib edilmiş sxemdən görünür ki, yol nəqliyyat hadisəsinin xx.xx.2023-cü il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 399-cu km-də baş verməsi, burada yolun 2 hərəkət zolağından ibarət olması, hərəkət zolaqlarını bir-birindən bütöv düz xəttin ayırması, yolun Bakı şəhəri istiqamətindəki hərəkət zolağının kənarında Şəmkir rayonu Posanlı yaşayış massivinə daxil olmaq üçün yolayırıcının olması və həmin yolayrıcına daxil olmaq üçündə bütöv düz xəttin üzərində qırıq-qırıq xətlər olması. Bakı istiqamətində hərəkətdə olan QAZ 33021 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olan Honda İnsight markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 3.4 metr məsafədə toqquşması, bundan sonra isə Qazax istiqamətində hərəktədə olan Ford Transit markalı **-EG-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə qəzadan sonra yolun hərəkət hisəsində dayanmış vəziyyətdə olan Honda İnsight markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hisədən vurması göstərilmişdir. Həmçinin sxemin arxa hissəsində isə yol nəqliyyat hadisəsi nəticəsində QAZ 33021 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin ön sol hissəsindəki. Honda İnsight markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol və arxa hissəsindəki. Ford Transit markalı **-HG-*** dövlət nömrə nişanlı avtomobilin isə ön hissəsində olan detalların əzilməsi qeyd edilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1218 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində-başın tüklü hissəsində təpə nahiyyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın, ola bilsin ki, sınmış şüşə qəlpələrinin təsirindən törənmişdir, sol said nahiyyəsinin yuxarı üçdə birinin arxa səthinin qançırı isə küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdirlər. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3157 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, QAZ 33021 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Honda İnsight markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ford Transit markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan AE345286 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi qərara alınmışdır. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs xx.xx.1970-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhərində doğulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar