Məhkəmə qərarları › İş №3(076)-14/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-14/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-14/2025 21.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından Böyük Kəsik gömrük postundan 95781183, 95832085, 95836318, 95021317, 95039343, 95671988, 95034161, 95656211, ********** və 95568721 nömrəli vaqonlarda keçməklə təyinatı üzrə Tovuz Gömrük İdarəsinə gələn Soya yağının ekstraksiyası nəticəsində alınan cecelər, qranullaşdırılmış Soya Şrotu yükü xx.xx.2024-cü il tarixli **********3676 sorğu nömrəli bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış üçün bəyan edilmişdir. Şəxs MMC gömrük bəyyanaməsi gömrük orqanı tərəfindən gömrük bəyyanaməsinin rəsmiləşdirilməsi başa çatmadan MMC-nin səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan vaqona vurulan gömrük təminatı vasitəsi olan plombu özbaşına qoparmışdır və vaqonlardakı yükləri boşaltmadan vaqonlarda saxlamışdır. Qeyd olunan faktla bağlı Tovuz Gömrük idarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, 00200-07134/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana və hüquqi şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "xxxx" MMC həmin maddələr ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bəyannamə üzrə 95781183, 95832085, 95836318, 95021317, 95039343, 95671988, 95034161, 95656211, ********** və 95568721 nömrəli vaqonlarda olan yük eyniləşdirilmiş və mallara müdaxilə edilmədiyi və istifadə olunmadığı müəyyən edilmişdir. Qeyd olunan faktla bağla Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində xx.xx.2024-cü il tarixdə, 00200-07134/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanılmışdır. Araşdırma ərzində ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə müraciət olunmuş və MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı, X1 izahatında nümayəndəsi olduğu şirkətin ünvanına yük gətirən 95781183, 95832085, 95836318, 95021317, 95039343, 95671988, 95034161, 95656211, ********** və 95568721 nömrəli vaqonlara vurulan plombu qırdığını etiraf etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X1 nümayəndənin məlumatsızlığından vaqonlardakı plombun özbaşına sındırılaraq yükün boşaldıldığını və gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən eyniləşdirmə, plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırkı inzibati xəta hüquqi şəxs tərəfindən törədildiyi üçün İXM-in 18.5-ci maddəsinə əsasən həmin inzibati xətaya dair işə baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. "xxxx" MMC İXM-in 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyası həddində 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar