Məhkəmə qərarları › İş №3(076)-140/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-140/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-140/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Tələbkar: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(076)-2/2025 saylı məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(076)-2/2025 saylı icra sənədinə əsasən mübahisə məhkəmədə həll edilənədək ərizəçi Zərərçəkmiş şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə hər həftənin şənbə günləri saat 11:00-dan uşaqları ilə faktiki olduğu yerdən təhvil alınmaqla bazar günləri axşam saat 16:00-dək atası Şəxs faktiki olduğu yerə təhvil verilməklə görüş vaxtı müəyyən edilməsi və sərbəst qaydada ünsiyyətdə olmaq hüququ təmin edilməsi qərara alınmışdır. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədinin icrasından yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədinin icra edilıməsi tələb olunmuş, lakin hazırkı vaxtadək icra sənədi icra edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(076)-2/2025 saylı qərardadına əsasən mübahisə məhkəmədə həll edilənədək onun xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X4 ilə hər həftənin şənbə günləri saat 11:00-dan uşaqları ilə faktiki olduğu yerdən təhvil alınmaqla bazar günləri axşam saat 16:00-dək atası Şəxs faktiki olduğu yerə təhvil verilməklə görüş vaxtı müəyyən edilməsi və sərbəst qaydada ünsiyyətdə olmaq hüququ təmin edilməsi qərara alınmışdır. Hazırda borclu Şəxs ilə icra sənədinin icra edilməsi ilə bağlı razılıq əldə etmişlər. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(076)-2/2025 saylı qərardadı ilə mübahisə məhkəmədə həll edilənədək ərizəçi Zərərçəkmiş şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə hər həftənin şənbə günləri saat 11:00-dan uşaqları ilə faktiki olduğu yerdən təhvil alınmaqla bazar günləri axşam saat 16:00-dək onun faktiki olduğu yerə təhvil verilməklə görüş vaxtı müəyyən edilməsi və sərbəst qaydada ünsiyyətdə olmaq hüququ təmin edilməsi qərara alınmışdır. Hazırda tələbkar ilə icra sənədinin icra edilməsi ilə bağlı razılıq əldə etmişlər. Odur ki, barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(076)-2/2025 saylı icra sənədinə əsasən, mübahisə məhkəmədə həll edilənədək ərizəçi Zərərçəkmiş şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə hər həftənin şənbə günləri saat 11:00-dan uşaqları ilə faktiki olduğu yerdən təhvil alınmaqla bazar günləri axşam saat 16:00-dək atası Şəxs faktiki olduğu yerə təhvil verilməklə görüş vaxtı müəyyən edilməsi və sərbəst qaydada ünsiyyətdə olmaq hüququ təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, e-16(076)-2/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkar ilə aralarında olan razılığa əsasən, ümumi borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada borclu Şəxs icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir və onun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar