Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1401/2023 21.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X4 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3–cü maddələri ilə 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, “Hyundai Elantra” markalı 90–NK–389 dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Həmin avtomobili idarə etmək üçün sahibi tərəfindən onun adına etibarnamə verilmişdir. 10 sentyabr 2023–cü il tarixdə Şəmkir şəhərində yaşadığı evdə olan zaman telefonuna sms bildirişi gəlmiş, bildirişdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilməsi qeyd olunmuşdur. Əsas olaraq isə onun dayanma qaydalarını pozması və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi göstərilmişdir. Hazırda həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, 09 sentyabr 2023–cü il tarixdə o, Şəmkir şəhərində olmuş, avtomobil isə qanuni sahibi X1 olmuşdur. Həmin tarixdə Cavid Əmiraslanov avtomobili Bakı şəhərində idarə etmişdir. Bundan sonra sms bildirişi barədə Cavid Əmiraslanova məlumat vermiş və onunla birlikdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə elektron qaydada müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişlər. Lakin onların müraciətlərinə cavab verilməmişdir. Bu səbəbdən hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X5 göstərdi ki, “Hyundai Elantra” markalı 90–NK–389 dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Həmin avtomobili idarə etmək üçün sahibi tərəfindən onun adına etibarnamə verilmiş, lakin onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. 10 sentyabr 2023–cü il tarixdə Şəmkir şəhərində yaşadığı evdə olan zaman telefonuna sms bildirişi gəlmiş, bildirişdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilməsi qeyd olunmuşdur. Hazırda həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, 09 sentyabr 2023–cü il tarixdə o, Şəmkir şəhərində olmuş, avtomobil isə qanuni sahibi X1 olmuşdur. Həmin tarixdə Cavid Əmiraslanov avtomobili Bakı şəhərində idarə etmişdir. Hesab edir ki, sonuncu etibarnamə onun adına olduğundan inzibati cərimə də ona tətbiq edilmiş, həmin hal isə tam əsassız olmuşdur. Belə ki, 09 sentyabr 2023–cü il tarixdə avtomobil Bakı şəhərində və qanuni sahibinin faktiki istifadəsində olmuşdur. Belə olan halda onun tərəfindən hər hansı dayanma və ya durma qaydaları pozulmamış, bununla da onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1–ci maddəsinin tərkibi olmamışdır. Həmçinin, onun daha əvvəl nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığından və 09 sentyabr 2023–cü il tarixdə avtomobili o, idarə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3–cü maddəsi ilə də protokol tərtib edilməsi əsassız olmuşdur. Hesab edir ki, onun əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3–cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan və dyp.gov.az saytından çıxarışdan görünür ki, X3 11 sentyabr 2023–cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək tətbiq edilmiş cərimənin silinməsini xahiş etmişdir. İşdə olan və dyp.gov.az saytından çıxarışdan görünür ki, X3 20 sentyabr 2023–cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək EQ 16794838 saylı inzibati xəta haqqında qərarla tətbiq edilmiş 300 manat məbləğində cərimənin 20 manata dəyişdirilməsini xahiş etmişdir. İşdə olan və dyp.gov.az saytından çıxarışdan görünür ki, X5 01 oktyabr 2023–cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək EQ 16794838 saylı inzibati xəta haqqında qərarla tətbiq edilmiş cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3–cü maddəlrəinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3–cü maddələri ilə 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X4 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3–cü maddələri ilə 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 09 sentyabr 2023–cü il tarixli EQ 16794838 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1401/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1401/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver