Məhkəmə qərarları › İş №3(076)-1401/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1401/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1401/2025 19.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədirliyi Katib: Əmiraslanova Esmira Sarif qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs xx.xx.1999-cu il tarixdə Şəmkir rayonu. Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz olan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏNETDİ Şəxs 18 noyabr 2025-ci il tarixdə saat 16:00 radələrində Şəmkir rayon Şiştəpə kəndində polisin qanuni göstərişini bilərəkdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi öz izahatı, şahid izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, X5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə 16:00 radələrində Şəmkir rayonu “Kraz yolu” adlanan ərazidə bir nəfər şəxsin ucadan nalayiq ifadə işlətdiyini və polis əməkdaşlarının həmin şəxsə yaxınlaşaraq özünü təqdim etməsini və hərəkətlərinə son qoymasını tələb etmişlər. Şəxs polis əməkdaşlarına məhəl qoymamış və ucadan ünvansız nalayiq ifadə işlətməkdə davam etmişdir. Buna görə də onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər o, isə polis əməkdaşlarına qarşı müqavimət göstərmiş və onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki xx.xx.2025-ci il tarixdə əsəbi olduğu üçün nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının ondan sakitləşməsini tələb etsələrdə o, əsəbi olduğu üçün onlara məhəl qoymayaraq onların qanuni tələbinə tabe olmamışdır. Daha sonra bu hərəkətlərinə görə polis əməkdaşları onu məcburi qaydada Şəmkir RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. O, həmin vaxt əsəbi olduğundan polis əməkdaşlarına tabesizlik göstərmişdir hazırda əməlindən peşmandır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəmkir rayon Polis şöbəsinin CABnin əməliyyat müvəkkili X4 izahatında göstərdi kixx.xx.2025-ci il tarixdə 16:00 radələrində Şəmkir rayonu “Kraz yolu” adlanan ərazidə bir nəfər şəxsin ucadan nalayiq ifadə işlətdiyini və polis əməkdaşlarının həmin şəxsə yaxınlaşaraq özünü təqdim etməsini və hərəkətlərinə son qoymasını tələb etmişlər. Şəxs polis əməkdaşlarına məhəl qoymamış və ucadan ünvansız nalayiq ifadə işlətməkdə davam etmişdir. Buna görə də onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər o, isə polis əməkdaşlarına qarşı müqavimət göstərmiş və onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid izahatını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətaları törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xırda xuliqanlıq hərəkətləri etdiyinə görə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının təmin edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkiblərinin əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunmalıdır ki,hazırki iş üzrə şəxs sürücülük hüququ olmadan avtomobil idarə etmiş, bu isə özü-özlüyündə inzibati xəta (yol hərəkəti qaydalarının pozulmasıdır)eyni zamanda polis əməkdaşının qanuni tələbinə tabe olmamış, əksinə, onu söyüşlərlə təhqir etmişdir ki, bu da polisin nüfuzuna və ictimai qaydanın təminatına birbaşa zərbədir, sözügedən əməlin İctimai yerdə baş verməsi və əlavə polis əməkdaşlarının müdaxiləsinə ehtiyac yaranması əməli dahada ictimai təhlükəli edir. Şəxs əməlindən səmimi peşman olduğunu ifadə etmiş, məhkəmədən barəsində yüngül tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Lakin törədilmiş əməlin polis orqanlarının nüfuzuna ciddi zərər vurması, digər şəxslərə mənfi nümunə yaratma riski və gələcəkdə oxşar halların qarşısının alınması zərurətini nəzərə alınaraq məhkəmə hesab edir ki onun barəsində daha ciddi inzibati tənbeh növünün tətbiqi labüddür. Proporsionallıq və zərurət prinsipindən çıxış edərək qeyd olunması zəruridir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə (ədalətli məhkəmə hüququ) və 10-cu maddəsinə (ifadə azadlığı) uyğun olaraq məhkəmə hərəkətləri qiymətləndirərkən proporsionallıq prinsipi nəzərə alınmalıdır. AİHM-in X1rşı (1976) işində qeyd olunduğu kimi, dövlətlər ifadə azadlığına müdaxilə edə bilərlər, lakin bu müdaxilə demokratik cəmiyyətdə zəruri və proporsional olmalıdır. Eyni zamanda, AİHM-in X6rşı (2006) işində vurğulanmışdır ki, ictimai qaydanı təmin edən polis əməkdaşlarının qanuni tələbinə qarşı çıxmaq ictimai asayişin qorunmasına zərbədir və dövlət bu hallarda sərt tədbirlər görə bilər. AİHM-in Steel və başqaları. Böyük Britaniyaya qarşı (1998) qərarında da göstərilmişdir ki, polisin qanuni fəaliyyətinə maneçilik törədən şəxslərin inzibati qaydada həbs olunması mütənasib və legitim məqsədlə əsaslandırıla bilər. Beləliklə, şəxsin əməli həm İXM-nin 510-cu, həm də 535.1-ci maddələrin tərkibini təşkil etmiş, bu isə əməlin ağır ictimai təhlükəliliyini göstərmişdir. Şəxsin peşmançılığı və yüngülləşdirici hallara baxmayaraq,hazırki işdə cərimə tədbiri kifayət hesab edilməməli, ictimai asayişin qorunması, polisin nüfuzunun müdafiəsi və gələcəkdə oxşar hüquqpozmaların qarşısının alınması məqsədilə Şəxs barəsində daha ciddi inzibati tənbeh növü olan inzibati həbs tənbeh növü tətbiq edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər, Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi iləmüşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Beləliklə, Şəxs əməllərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin əlamətləri olması sübuta yetirilmiş və bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin istinad olunan məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilməsi zəruridir ki, Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində daha ağır, yəni İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın həmin tarixdən saat 15:35-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar