Məhkəmə qərarları › İş №3(076)-1405/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1405/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1405/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X5 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokolundan, X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X5 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun qanunsuz hesab edilməsi, protokol əsasında tərtib edilmiş cərimənin silinməsi, polis əməkdaşının barəsində tədbir görülməsi və avtomaşının qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qeyd olunan qanun normalarında inzibati xətalar haqqında işlər üzrə qərarlardan, barəsində qərar çıxarılmış şəxs tərəfindən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzfəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qanunun bu tələbinə baxmayaraq, X1 orqanın qərarından şikayət verməmiş, yalnız “inzibati xəta haqında protokol”dan şikayət vermişdir ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ərizəçinin həmin müraciəti ilə prosessual qaydalara əməl edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalı və yuxarıda göstərilən nöqsanları aradan qaldırmaq hüququ da daxil olmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X5 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan X4 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququnun olması izah edilsin. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar