Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1406/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir şəhəri, M.Əhmədov küçəsi, ev-13 də qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023–cü il tarixdə yaşadığı evdə Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X5 izahatında bildirdi ki, aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023–cü il tarixdə yaşadığı evdə münaqişə zəminində Zərərçəkmiş şəxs vuraraq xəsarətlər yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Şəmkir şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. X4 qardaşı Röyal Bayramovun arvadıdır. İlahə Bayramova tez tez yaşadığı evdə onlarla mübahisələr edir. X4 xx.xx.2023-cü il tarixdə azyaşlı uşaqlarını da götürüb valideynlərinin evinə getmişdir. xx.xx.2023-cü il tarixdə qardaşı Röyal Bayramovun azyaşlı uşaqlarını yaşadığı evə gətirməsini görmüşdür. Arvadının isə qaynatası tərəfindən gəlməsinə icazə verilmədiyini söyləmişdir. Onların bu cür hərəkətinə görə əsəbləşmiş, qardaşı Röyal Bayramov yenidən qaynatasının evinə gedib, uşaqların yemək və paltarlarını gətirəndə o da onunla getmişdir. Şahin Abbasovun həyətinə daxil olub ona öz iradını bildirmişdir. Şahin Abbasov onlarla mübahisə edərək, nəlayiq ifadələr işlətmişdir. Həmin vaxtı o həyətdə olan taxta parçasını götürüb, bir dəfə Şahin Abbasova vurmuşdur. Daha sonra onların həyətindən çıxmışdır. O, Zərərçəkmiş şəxs vurmamışdır. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəmkir şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. İlahə Bayramova qızı, X6 isə kürəkənidir. Onların birgə nikahından iki övladı var, mütəmadi olaraq qızı ilə aralarında münaqişələr olur. Qızının qayınları da münaqişələrə müdaxilə edir. xx.xx.2023cü il tarixdə qızı İlahə Bayramova qaynı Adil Bayramov tərəfindən döyüldüyü üçün yaşadığı evə gəlmişdir. Azyaşlı evladlarını da özü ilə birlikdə gətirmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində kürəkəni Röyal Bayramov yaşadığı evə gəlmişdir. Böyük oğlunu özü ilə aparmaq istədikdə onlarda kiçik uşağıda ona vermiş ki, onu da aparsın. Röyal buna etiraz edərək, uşaqların ikisinidə özü ilə aparmışdır. Təxminən yarım saat sonra, Röyal qardaşı Şəxsla yaşadığı evə gəlmişdir. Hər ikisinin əlində ağac parçaları olmuş, həyətə daxil olan kimi hər ikisi ünvanına nəlayiq ifadələr işlətmişlər. Daha sonra Şəxs əlində olan ağac parçası ilə əri Şahin Abbasovu döyməyə başlamışdır. O, onları aralamaq istədikdə, Şəxs şillə zərbəsi ilə üz nahiyyəsinə zərbələr vurmağa başlamışdır. İki dəfə şillə zərbəsi ilə onu vurmuşdur. Hazırda Şəxs şikayətçidir, aralarında barışıq olmamışdır və onun həbs olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Şəmkir şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. İlahə Bayramova qızı, X6 isə kürəkənidir. Onların birgə nikahından iki övladı var, mütəmadi olaraq qızı ilə aralarında münaqişələr olur. Qızının qayınları da münaqişələrə müdaxilə edir. xx.xx.2023-cü il tarixdə qızı İlahə Bayramova qaynı Adil Bayramov tərəfindən döyüldüyü üçün, yaşadığı evə gəlmişdir. Azyaşlı övladlarını da özü ilə birlikdə gətirmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində kürəkəni Röyal Bayramov yaşadığı evə gəlmişdir. Böyük oğlunu özü ilə aparmaq istədikdə onlarda kiçik uşağıda ona vermiş ki, onu da aparsın. Röyal buna etiraz edərək, uşaqların ikisinidə özü ilə aparmışdır. Təxminən yarım saat sonra, Röyal qardaşı Şəxsla yaşadığı evə gəlmişdir. Hər ikisinin əlində ağac parçaları olmuşdur, həyətə daxil olan kimi hər ikisi ünvanına nəlayiq ifadələr işlətmişlər. Daha sonra Şəxs və Röyal Bayramov əllərində olan ağac parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Şəxs eyni zamanda yumruq zərbəsi ilə ağız nahiyyəsinə vurub, ona xəsarət yetirmişdir. Baş verən dava dalaş zamanı qardaşı və ailə üzvləri onları aralamışlar. Onu Röyal və Tural qardaşları döymüşlər. Hər iki qardaş onu həm ağac parçası ilə həmdə yumruq zərbələri ilə vurmuşlar. Tural əlində olan ağac parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurub eyni zamanda yumruq zərbəsi ilə üz nahiyyəsinə zərbə vurmuşdur. Bu zaman arvadı Zərərçəkmiş şəxs onları aralamaq istədikdə, Şəxs şillə zərbəsi ilə Xəyalənin üz nahiyyəsinə zərbələr vurmağa başlamışdır. İnzibati xəta haqqında protokola əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, onun haqqında İXM 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3” X14 Şımkir rayonu MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1157 saylı MTE-nın rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs müayinə zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ yanağın selikli qişasının qansızması KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakterlidir, inzibati material üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən inzibati xəta haqda material üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini və onun yaşını, maddi vəziyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını və inzibati xətanı zərərçəkmiş şəxsin evində ailə üzvlərinin gözü qarşında törətməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 15:40-dan hesablansın. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X7 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1406/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1406/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver