Məhkəmə qərarları › İş №3(076)-1407/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1407/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1407/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şəmkir şəhərində qayınatası Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Belə ki, o, Şahinin qızı İlahə Bayramova ilə evlənmiş və birgə nikahdan iki nəfər uşaqları doğulmuşdur. xx.xx.2023-cü il tarixdə qardaşı Adil Bayramovla arvadı İlahə Bayramova arasında mübahisə yaranmış və qardaşı İlahəyə bir dəfə sillə vurmuşdur. Bundan sonra arvadı uşaqlarını da götürərək atası evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində arvadı ilə danışaraq böyük uşağını götürmək məqsədilə onun yaşadığı evə getmişdir. Həmin vaxt qayınatası 4 aylıq oğlunu da avtomaşına qoyaraq aparmasını demişdir. O da hər iki uşağını götürərək evinə gətirmişdir. Lakin kiçik uşağın yeməyi olmadığı üçün təkrar qayınatası evinə gedərək yeməyi götürmək qərarına gəlmişdir. Yolda qardaşı Tural Bayramovla rastlaşmış və birlikdə qayınatası evinə getmişdir. Orada qayınatası Zərərçəkmiş şəxs onlarla mübahisə etmiş, o da əsəbiləşərək avtomaşından götürdüyü ağac parçası ilə qayınatasını vurmuşdur. Bununla belə hazırda zərərçəkmiş şəxslə barışmamış və etdiyi əməldən peşman deyildir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, Şəxs onun kürəkənidir. Belə ki, Röyal onun qızı İlahə Bayramova ilə evlənmiş və birgə nikahdan iki nəfər uşaqları doğulmuşdur. xx.xx.2023-cü il tarixdə Röyalın qardaşı X2 Bayramova arasında mübahisə yaranmış və Adil İlahəyə bir dəfə sillə vurmuşdur. Bundan sonra İlahə uşaqlarını da götürərək onun evinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Şəxs onun yaşadığı evə gəlmiş və böyük uşağını aparmaq istəmişdir. Həmin vaxt o, kiçik uşağı da Röyala verərək aparmasını demişdir. Röyal isə hər iki uşağını avtomaşına qoymuş, “uşaqları aparım, gəlirəm indi”-deyərək getmişdir. Təxminən 1 saat sonra Röyal qardaşı Tural ilə onların evinə gəlmiş, evin darvazasını təpikləmiş, əlində olan ağac parçası ilə onlara hücum çəkmiş və onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini və ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəxs onun kürəkənidir. Lakin Röyal onun qızı ilə yola getmir, dəfələrlə qızı küsüb onun evinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə də qızı İlahə ailə münaqişəsi zəmnində yaşadığı evdən çıxaraq onların yanına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Şəxs onun yaşadığı evə gəlmiş və böyük uşağını aparmaq istəmişdir. Həmin vaxt əri Şahin kiçik uşağı da Röyala verərək aparmasını demişdir. Röyal isə hər iki uşağını avtomaşına qoymuş və ərinə qayıdıb gələcəyini demişdir. Təxminən 1 saat sonra Röyal qardaşı Tural ilə onların evinə gəlmiş, evin darvazasını təpikləmiş, əlində olan ağac parçası ilə əri Şahinin bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 1156 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- üst dodağın selikli qişasına qansızma, üst çənədə soldan 2-ci dişlərin travmatik olaraq laxlaması, sağ bazu oynağının bayır səthinin, sol sağrı nahiyəsinin sıyrıqları, sol əlin 5-ci barmağının dırnaq falanqasının bayır səthinin səthi zəilmiş yarası küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 07 noyabr 2023-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar