Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1424/2023 28.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, Şəmkir DYPİ YNH baş inspektoru, polis mayoru X5, barəsində inzibati icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1997-cı ildə Şəmkir şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Şəmkir şəhəri, Qarabağ küçəsi 1 də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir DYPİ YNH baş inspektoru, polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğu üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas kimi, 06 avqust 2023-cü il tarixdə Şəxs idarə etdiyi VAZ 21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri Səməd Vurğun küçəsində hərəkətdə olan zaman idarə etməni itirib avtomobili yolun sağ tərəfinə aşıraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 yüngül, Şəxs az ağır bədən xəsarəti almışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Şəmkir DYPİ YNH baş inspektoru, polis mayoru X7 ifadəsində göstərdi ki, 06 avqust 2023-cü il tarixdə Şəxs idarə etdiyi VAZ 21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri Səməd Vurğun küçəsində hərəkətdə olan zaman idarə etməni itirib avtomobili yolun sağ tərəfinə aşıraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 yüngül, Şəxs az ağır bədən xəsarəti almış, Ayçiçəyim gül maqazinin elektrik şəbəkəsini və Şəmkir şəhər eletrik dirəyini dağıtmışdır. Məhkəmədən inzibati iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona məxsus VAZ 21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil var. X1 almışdır. Avtomobili etibarnamə əsasında idarə edir, avtomobili idarə etmək üçün hər bir sənədi var. 06 avqust 2023-cü il tarixdə dostları Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs3 ilə birlikdə idarə etdiyi avtomobillə Şəmkir rayonu Krazyolu massivində yerləşən Alp Arenaya getmişdir. Axşam tərəfi onlar geri qayıtmaq qərarına gəlmişlər. Saat 23:30 radələrində o, idarə etdiyi avtomobillə Şəmkir şəhəri Səməd Vurğun küçəsi ilə Morul istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə Əli, Razim, Şəhruz olmuşdur. İdarə etdiyi avtomobildə o, maqnitafonda musiqi dəyişdirən zaman idarə etməni itirib avtomobili yolun sağ tərəfinə aşırmışdır. Nəticədə avtomobil Ayçiçəyim gül maqazinin elektrik şəbəkəsini və şəhər eletrik dirəyini dağıtmışdır. O, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt o, huşunu itirmişdir. Hadisə zamanı o, sərxoş olmamışdır. Ayçiçəyim gül maqazina vurulmuş ziyanı ödəmiş, lakin Şəmkir şəhərinə məxsus işıq dirəyini ödəməmiş, həmin pulu sığorta ödəyəcəkdir. Maddi imkanının olmamasının nəzərə alınaraq, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəxs məxsus VAZ 21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil var. 06 avqust 2023-cü il tarixdə o onun idarə etdiyi avtomobillə Şəmkir rayonu Krazyolu massivində yerləşən Alp Arenaya getmişdir. Axşam tərəfi onlar geri qayıtmaq qərarına gəldilər. Saat 23:30 radələrində Elşən idarə etdiyi avtomobillə Şəmkir şəhəri Səməd Vurğun küçəsi ilə Morul istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə qabaq oturacaqda olmuşdur. Elşən idarə etdiyi avtomobillə Səməd Vurğun küçəsində hərəkətdə olan zaman idarə etməni itirib avtomobili yolun sağ tərəfinə aşırmışdır. Nəticədə avtomobil Ay Çiçəyim gül maqazinin elektrik şəbəkəsini və şəhər eletrik dirəkyini dağıtmışdır. O, Razim, Əli birlikdə Elşənə köməklik etmişlərdir. Sonra onlar Şəmkir rayon mərkəzi xəstəxanasına getdilər. Ona dəymiş zərər ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şəxs VAZ 21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Avtomobili idarə etmək üçün onun hər bir sənədi var. 06 avqust 2023-cü il tarixdə o Elşənin idarə etdiyi avtomobillə Şəmkir rayonu Krazyolu massivində yerləşən Alp Arenaya getmişdir. Axşam tərəfi onlar geri qayıtmaq qərarına gəldilər. Saat 23:30 radələrində Elşən idarə etdiyi avtomobillə Şəmkir şəhəri Səməd Vurğun küçəsi ilə Morul istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə arxa sağ oturacaqda olmuşdur. Elşən idarə etdiyi avtomobillə Səməd Vurğun küçəsində hərəkətdə olan zaman idarə etməni itirib avtomobili yolun sağ tərəfinə aşırmışdır. Nəticədə avtomobil Ay Çiçəyim gül maqazinin elektrik şəbəkəsini və şəhər eletrik dirəyini dağıtmışdır. O, Əli, Şəhruzla birlikdə Elşənə köməklik etmişlərdir. Sonra onlar Şəmkir rayon mərkəzi xəstəxanasına getdilər. Ona dəymiş zərər ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Şəmkir şəhəri İƏD üzrə nümayəndənin müavini vəzifəsində işləyir. 06 avqust 2023-cü il tarixdə axşam tərəfi Şəmkir şəhəri Səməd Vurğun küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı şəhər təsərrüfatının balansında olan bir ədəd işıq dirəyi sıradan çıxmışdır. İşıq dirəyinə 900 manat maddi ziyan dəymiş, lakin dəymiş 900 manat maddi zərər ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Ayçiçəyim gül salonunun Şəmkir filialında işləyir. 06 avqust 2023-cü il tarixdə axşam tərəfi Şəmkir şəhəri Səməd Vurğun küçəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə gül salonunun elektrik şəbəkəsinə ziyanlıq dəymiş, lakin ziyanlıq aradan qaldırılımışdır. O, dəymiş ziyanlıqla əlaqədar şikayətinin olmadığını bildirmişdir. Ona dəymiş zərər ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 1 ünvanda Ayçiçəyim gül salonunun qarşısında nizamlanmayan yol ayrıcında baş vermişdir. Hadisə gecə vaxtı baş vermiş, küçə şəhər elektrik işığı ilə işıqlandırılır, sürücünün hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxildir. Hadisədən əvvəl VAZ 21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri Səməd Vurğun küçəsi ilə Şixəli Qurbanov istiqamətində hərəkətdə olmuşdur. Hadisə baş verən yerdə Səməd Vurğun küçəsinin eni 10 metrdir. Yol asfalt örtüklü, quru və düzdür. Küçənin sağ, sol tərəflərində su arxı, 3 metr enində səki, mənzillər var. VAZ 21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri Səməd Vurğun küçəsində yolun sağ tərəfində olan bardürə dəyərək 5 metr məsafəyə aşmışdır. Avtomobil Ayçiçəyim gül salonun elektrikinə, 1 ədəd şəhər elektrik dirəyinə maddi ziyan dəymişdir. Hadisə yerində tormoz izləri yoxdur. Baxış zamanı avtomobil Səməd Vurğun küçəsində yolun sağ tərəfində aşmış vəziyyətdə dayanmışdır. VAZ 21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük olmamış, 3 nəfər sərnişin olmuş, sürücü Şəxs avtomobili ayıq idarə etmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü tarixli 934 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-sol qulaq seyvanın arxa səthinin, sol bazu oynağının bayır səthinin, sol kürək nahiyəsinin sıyrıqları və sol ayağın tış topuq nahiyəsinin əzəlmiş yarası küt əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü tarixli 935 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol kürək nahiyəsinin, bel nahiyəsinin, sol bazunun yumşaq toxumalarının qançır və ağrı halında əzniyi küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü tarixli 933 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol körpücü sümüynün orta üçdə birinin yerini dəyişməmiş xətti sınığı küt əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan saglamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü tarixli 936 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ dirsək oynağının arxa səthinin yumşaq toxumalarında şişkinlik, qançır və ağrı halında əzniyi küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində işıqlandırma dirəyinə və onun qurraşdırılmasına ümumilikdə 900 (doqquz yüz) manat dəyərində maddi zərər dəymişdir. İşdə olan AE338979 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, vurulmuş zərərin ödənilməsini nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibаti tənbehin təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 7 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1424/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1424/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver