Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1431/2023 30.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, İX Tağım YPX inspektoru polis baş serjantı X4, barəsində inzibati icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1985-cı ildə Şəmkir rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 12 oktyabr 2023-cü il tarixdə saat 10:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər Cəyir kəndi ərazisindən keçən 404-cü km-də Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21703 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə eldiyi VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə VAZ 21703 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs5 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya səbəb olan, avtomobilin sürücüsü Şəxs sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırdıq dərəcəsi təyin edilmiyən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yolnəqliyyat hadisəsi törətmişdir. Buna görə də, İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İX Tağım YPX inspektoru polis baş serjantı X7 inbiati protokolu müdafiə edərək göstərdi ki, Şəxs İXM-nin 327.2-ci maddəsinin tələbini pozaraq yolayrıcını keçmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə VAZ 21703 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs5 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya səbəb olan, avtomobilin sürücüsü Şəxs sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırdıq dərəcəsi təyin edilmiyən xəsarətlər yetirilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, avtomobil idarə etmək üçün ”BC" kateqoriyalı sürücülük vəsiqəsi var. 12 oktyabr 2023-cü il tarixdə qeyd etdiyi avtomobilin sükanı arxasına keçib Şəmkir rayonu Dəllər Cəyir kəndindən Şəmkir şəhərinə getmək üçün Bakı-Qazax-Gürcüstan sərhəddi yolundan Şəmkir rayonu Dəllər Cəyir kəndinə ayrılan yolayrıcına yaxınlaşmış, Qazax istiqamətində hərəkətdə olan minik avtomobil yəni VAZ 21703 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobil çatana qədər yolu keçəcəyini düşünüb Dəllər Cəyir kəndinə ayrılan yolayrıcında dayanmadan Bakı-Qazax yoluna daxil olanda Qazax istiqamətində hərəkətdə olan VAZ 21703 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə Qazax istiqamətindəki hərəkət zolağının üzərində idarə etdiyi VAZ 21214 markalı avtomobilin ön sol yan hissəsi ilə VAZ 21703 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ hissəsi toqquşmuşdur. Əməlindən peşmandır. Odur ki, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, özünə məxsus olan VAZ 21703 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobili və avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük vəsiqəsi var. 12 oktyabr 2023-cü il tarixdə işdən çıxdıqdan sonra Tovuz rayonunda yaşayan iş yoldaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Mövla Sadıqov və Zərərçəkmiş şəxs5 qeyd etdiyi avtomobilə götürüb Şəmkir rayonundan Tovuz rayonuna getmək üçün Bakı-Qazax-Giircüstan sərhəddi yoluna çıxaraq Qazax istiqamətində hərəkətə başlamış, həmin yolun Şəmkir rayonu Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsinə çatanda yolun sağ kənarındakı Şəmkir rayonu Dəllər Cəyir kəndinə ayırılan yolayrıcından VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmadan baş yola daxil olaraq qarşısına çıxmış, bu zaman həmin nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq üçün tormoz verib sükanı sola çəkmiş, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə VAZ 21214 markalı avtomobilin sol ön yan hissəsi toqquşmuşdur, toqquşmanın təsirindən VAZ 21214 markalı avtomobil fırlanıb idarə etdiyi avtomobilin sağ yan hissəsinə dəymişdir. Hadisədən sonra avtomobildə olan sərnişinlərin xəsarət almasını görüb onları X10 avtomobili ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yola salmışdır. Ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, 12 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsindən işdən çıxdıqdan sonra Tovuz rayonuna yaşadığı evə getmək üçün iş yoldaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21703 markah **-CB-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının orta hissəsində əyləşdi. Sonra onlar Şəmkir rayonundan Tovuz rayonuna getmək üçün Bakı- Qaza-Gürcüstan sərhəddi yoluna çıxaraq Qazax istiqamətində yola düşdülər, həmin yolun Şəmkir rayonu Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsinə çatanda yolun sağ kənarındakı yolayrıcından VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmadan baş yola daxil olaraq sərnişini olduğu avtomobilin qarşısına çıxdı nəticədə sərnişini olduğu avtomobilin ön sağ hissəsi ilə VAZ markalı avtomobilin sol ön yan hissəsi toqquşdu, hadisə zamanı o xəsarət aldığın üçün X10 avtomobili ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət etdi. Ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, 12 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsindən işdən çıxdıqdan sonra Tovuz rayonuna yaşadığı evə getmək üçün iş yoldaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21703 markalı 60- CB-483 dövlət nömrə nişanlı avtomobilə əyləşdi, həmin vaxt avtomobilin arxa oturacağının sağ tərəfində əyləşdi sonra onlar getmək üçün Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna çıxaraq Qazax istiqamətində yola düşdülər, yolda o mobil telefon ilə məşğul olurdu, qafildən toqquşmanın olmasını gördü və həmin vaxt xəsarət aldı. Avtomobildən yerə düşəndə ona məlum oldu ki, VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir rayonu Dəllər Cəyir kəndinə ayırılan yolayrıcından sərnişini olduğu avtomobilin qarşısına çıxaraq, qəzanın olmasına səbəb olmuşdur. Ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 izahatında bildirdi ki, 12 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsindən işdən çıxdıqdan sonra Tovuz rayonuna yaşadığı evə qayıtmaq üçün iş yoldaşı Zərərçəkmiş şəxs1 idarə ertdiyi VAZ 21703 markah **-CB-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının sol hissəsində əyləşdi sonra onlar Şəmkir rayonundan Tovuz rayonuna getmək üçün Bakı- Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq Qazax istiqamətində yola düşdülər, həmin yolun Şəmkir rayonu Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsinə çatanda yolun sağ kənarındakı yolayrıcından VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara çatana yaxın dayanmadan baş yola daxil olaraq sərnişini olduğu avtomobilin ön sağ hissəsi ilə VAZ 21214 markalı avtomobilin sol ön yan hissəsi toqquşdu, hadisə zamanı o xəsarət aldığı üçün X10 avtomobili ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət etdi. Ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər Cəyir kəndi ərazisindən keçən 404-cü km-dir. Hadisə gündüz vaxtı baş vermişdir, yol asfalt örtüklü olmaqla quru vəziyyətdə olmuşdur. Hadisə yerində yolun Qazax istiqamətində Şəmkir rayonu Dəllər-Cəyir kəndinə daxil olmaq üçün yolayırcısı vardır və həmin yolayrıcına daxil olmaq üçün genişlənmə zolağı vardır.Yol 3 hərəkət zolağından ibarətdir.Onlardan 2 əsas, 1 isə yardımçı hərəkət zolağıdır.Belə ki, burada yol genişləndiyi üçün Bakı istiqamətində 1 əsas, Qazax istiqamətində isə 1 əsas və 1 yardımçı hərəkət zolaqları var. Əsas hərəkət zolaqlarını asfaltın üzərində olan yol nişanları və bütöv ox xətt. Qazax istiqamətindəki yardımçı hərəkət zolağını əsas hərəkət zolağından isə qırıq-qırıq xətt və asfaltın üzərində olan yol nişanı ayırır.Yolun ümumi hərəkət hissəsinin eni 21 metrdir. Bakı-Qazax-Gürcüstan sərhəddi yolunda (2.1) "Baş yol", sürət həddini 90 km-saat göstərən və nəqliyyat vasitələri üçün sola təhlükəli döngənin olmasını göstərən 1.11.2 Şəmkir rayonu Dəllər Cəyir kəndindən baş yola daxil olmaq üçün nəzərdə tutulan yolayrıcının sağ kənarında isə (2.5) STOP (dayanmadan keçmək qadağandır) yol nişanı vardır. VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi ilə VAZ 21703 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi Qazax istiqamətindəki hərəkət zolağının kənarından götürdükdə sağdan sola doğru 11.6 metr məsafədə toqquşmuşdur, toqquşma yerində asfaltın üzərində sürtünmə və cırılma izləri qalmışdır. Toqquşmadan sonra VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətindəki hərəkət zolağının üzərində, VAZ 21703 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Bakı istiqamətindəki hərəkət zolağının üzərində dayanmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi, sol arxa yan hissəsi əzilmiş, arxa sol dönmə işıq siqnalı və alın şüşəsi sınmışdır. VAZ 21703 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə ön, ön sağ və sağ yan hissəsi əzilmiş, sağ yan güzgüsü sınmış, təhlükəsizlik şarları açılmışdır. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 293 və 294 saylı aktlardan görünür ki, sürücülər Zərərçəkmiş şəxs1 və Şəxs sərxoş vəziyyətdə olmamışlardır. İşdə olan portal çıxarışından görünür ki, Şəxs nəqliyyat vasitəni idarə etmək üçün etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1224 saylı rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin yumşaq toxumalarının əzniyi küt əşyanın təsirindən törənmişdir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırdıq dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan X3 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1245 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthində kürək nahiyyəsinin və döş qəfəsinin sağ yan səthinin yumşaq toxumalarının qançır və ağrı halında əznikləri küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmava aid xəsarətlərdirlər. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1246 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlər-boyunun və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının ağrı halında əzniyi, sağ diz oynağının bayır səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdirlər. xx.xx.2023cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1247 saylı rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin sağ yarısının, sağ əlin ovuc səthinin, sol baldırın yuxarı üçdə birinin ön səthinin sıyrıqları və sağ yanağın hematoması küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdirlər. xx.xx.2023cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1248 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ körpücük sümüyünün çəp, natamam sınığı və sol baldırın yuxarı üçdə birinin ön səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlərdirlər. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1263 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ bazu kələfinin neyropatiyası ilə müşayət olunan sağ bazu sümüynün yuxarı üçdə birinin sınığı və sağ bazu oynağının çıxığı küt əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlərdirlər. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8/3257 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, VAZ 21214 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 "Dayanmadan keçmək qadağandır yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ 21703 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-nın 9-cu tağımına göndərilmişdir. İşdə olan AE327362 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirdərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1431/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1431/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver