Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1433/2023 20.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Şəmkir DYPB-nin yol patrul xidməti inspektoru: X1 Zərərçəkmiş şəxs: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1954-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs 16 avqust 2023-cü il tarixdə saat 12:44 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21120 markalı **-BH-*** nömrəli avtomşınla hərəkətdə olarkən manevr etmə qaydasını pozaraq Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşının sahibi X4 maddi zərər dəymişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə və zərərçəkmiş şəxsin izahatı ilə təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı Şəxs ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 16 avqust 2023-cü il tarixdə saat 12:44 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21120 markalı **-BH-*** nömrəli avtomşınla yolun kənarında dayanmış və bankomatdan pensiyasını çıxartmağa getmişdir. Qayıdıb avtomaşına əyləşmiş və avtomaşını işə salmışdır. Dayandığı yerdən təxminən 10 sm tərpənmişdir ki, arxadan Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşın anidən gəlmiş və avtomaşınlar toqquşmuşdur. Hazırda özünü qismən, yəni sürücülük hüququ olmadan avtomaşın idarə etməkdə təqsirli bilinir. Lakin hesab edir ki, o hərəkət zolağında olmamış, və onun təqsiri ucbatından toqquşma baş verməmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı izahatında göstərdi ki, 16 avqust 2023-cü il tarixdə saat 12:44 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində idarə etdiyi Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşınla hərəkət olarkən qarşısında olan VAZ 21120 markalı **-BH-*** nömrəli avtomaşın anidən sağdan sola manevr etmiş və onun avtomaşınını sağ yan hissədən vurmuşdur. Hadisə nəticəsində ona məxsus avtomaşına maddi zərər dəymişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektrodur. 16 avqust 2023-cü il tarixdə saat 12-13 radələrində növbətçi hissədən daxil olmuş məlumat əsasında Şəmkir şəhəri, 20 Yanvar küçəsinə hadisə yerinə getmişdir. Orada zərərçəkmiş şəxs X3 olmasını, lakin digər avtimaşının sürücüsünün olmamasını görmüşdür. Həmin vaxt hadisə yerinə baxış keçirilmiş, orada olan bir neçə şəxslərdən hadisə barədə məlumat almışdır. Məlum olmuşdur ki, VAZ 21120 markalı **-BH-*** nömrəli avtomaşının sürücüsü manevr etmə qaydasını pozaraq Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşınla toqquşmuş və hadisə yerindən uzaqlaşmışdır. Bu səbəbdən VAZ 21120 markalı **-BH-*** nömrəli avtomaşının sürücüsünü müəyyən etmək olmamış və o, bu barədə raportla rəhbərliyə müraciət etmişdir. Bundan sonra sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülmüş, təxminən sentyabr ayının ortalarında VAZ 21120 markalı **-BH-*** nömrəli avtomaşının sürücüsünün Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Qönçə İbrahimova onun qızıdır. 16 avqust 2023-cü il tarixdə saat 12:44 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində qızının idarə etdiyi Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşınla hərəkət olarkən qarşıda olan VAZ 21120 markalı **-BH-*** nömrəli avtomaşın anidən sağdan sola manevr etmiş və qızının avtomaşınını sağ yan hissədən vurmuşdur. Bundan sonra qızı hadisə barədə polisə məlumat vermiş, lakin VAZ 21120 markalı **-BH-*** nömrəli avtomaşının sürücüsü Şəxs polisin gəlməsini gözləməmiş və çıxıb getmuşdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Şəxs onun əridir. 16 avqust 2023-cü il tarixdə saat 12:44 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində ərinin idarə etdiyi VAZ 21120 markalı **-BH-*** nömrəli avtomşınla yolun kənarında dayanmış və əri bankomatdan pensiyasını çıxartmağa getmişdir. Əri qayıdıb avtomaşına əyləşmiş, o isə əlində olan torbaları avtomaşının yük yerinə qoymuşdur. Həmin vaxt avtomaşın yerindən tərpənməmiş və arxadan Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşın anidən gəlmiş və ərinin avtomaşınını vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 16 avqust 2023-cü il tarixdə günorta saatlarında Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən marketdən çıxarkən Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşının anidən gəlib yolun kənarında dayanmış VAZ 21120 markalı **-BH-*** nömrəli avtomaşını qabaq tərəfdən sürtüb keçməsini görmüşdür. Həmin vaxt VAZ 21120 markalı **-BH-*** nömrəli avtomaşını yolun kənarında meyvə dükkanının qarşısında dayanmış vəziyyətdə olmuşdur. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Məhkəmə ilk öncə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti əsasında dindirilmiş şahid X2 baş vermiş hadisə zamanı avtomaşının yerindən tərpənməməsini bildirsə də, Şəxs öz izahatında avtomaşının dayandığı yerdən təxminən 10 sm tərpənməsini qeyd etmişdir. Göründüyü kimi hər iki şəxs baş vermiş hadisəni ziddiyyətli izah etmiş, bu isə o nəticəyə gəlməyə əsas verir ki, həmin şahid Şəxs arvadı olmaqla, işin gedişatında maraqlıdır və ərinin məsuliyyətdən yayınması yönündə ifadə vermişdir. Bu hal isə ona dəlalət edir ki, Şəxs həqiqətən sürücülük hüququ olmadan idarə etdiyi avtomşınla hərəkətdə olarkən manevr etmə qaydasını pozmuş, nəticədə Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşınla toqquşmuşdur. Belə olan halda, həmin şahidin ifadəsi sübut növü kimi qəbul edilə bilməz. Eləcə də, şahid qismində dindirilmiş Arif Əhmədov ziddiyyətli ifadə vermiş, araşdırma zamanı həmin ziddiyyətli ifadəsini məntiqi cəhətdən izah edə bilməmiş, bu səbəbdən məhkəmə həmin şahidin də ifadəsini mötəbər dəlil kimi qəbul etmir. Həmçinin, digər şahidlər Tural Süleymanov və Bahar İmanova keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, Şəxs həqiqətən sürücülük hüququ olmadan idarə etdiyi avtomşınla manevr etmə qaydasını pozmasını və nəticədə Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşınla toqquşmasını inandırıcı və mötəbər dəlillərlə təsdiq edə bilmişdir. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək nəzərə alır. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki işdə olan xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, Ford Fusion markalı **-CB-*** nömrəli avtomaşına 800 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1433/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1433/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver