Məhkəmə qərarları › İş №3(076)-1434/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1434/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1434/2023 30.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X3 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini, cərimənin silinməsini, polis əməkdaşının barəsində tədbir görülməsini və avtomaşının dərhal qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:23 radələrində idarə etdiyi X8 markalı 57–BX–555 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində hərəkətdə olarkən Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru onun avtomobilini saxlatmış və xx.xx.2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarın dəlillərini qəbul etmir. Belə ki, polis əməkdaşı avtomobilini saxlayan zamanı ona dəqiq səbəbini deməmiş, lakin sonradan ona avtomobilin texniki bütövlüyünü pozması bildirilmişdir. Avtomobili idarə edərkən təkərlərin ölçüsünün böyük olmasını bilməmiş, polis əməkdaşı isə ona xəbərdarlıq etməmişdir. Əksinə, xx.xx.2023-cü il tarixdə polislər onu saxlayarkən heç bir təhvil-təslim aparılmadan, mütəxəssis tərəfindən avtomobilə baxış keçirmədən qanunsuz olaraq avtomobilini cərimə meydançasına aparmışlar. O, özü də həmin tarixdə X9 getmiş, həmin gün bölmədə nə qədər gözləsə də, nə barəsində protokol tərtib etməmişlər, nə də avtomobilini qaytarmamışlar. Bundan sonra məcbur olub evə getmiş və xx.xx.2023-cü il tarixdə yenidən bölməyə gəlmişdir. Nəhayət ki, xx.xx.2023-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, həmin protokol tam əsassız şəkildə tərtib edilmişdir. İlk öncə onu qeyd edir ki, polis əməkdaşı onu xx.xx.2023-cü il tarixdə saxlamasına və həmin tarixdə avtomobilini cərimə meydançasına aparmasına baxmayaraq, inzibati xəta haqqında protokolu xx.xx.2023-cü il tarixdə tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokol dərhal tərtib edilməlidir. Bu hal da onu deməyə əsas verir ki, qeyd olunan protokol əsassız və qanunsuz olmuşdur. Həmçinin, avtomobilin ondan təhvil alınması barədə protokol tərtib edilməmiş, qanunsuz olaraq ondan alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Polis əməkdaşı təkərlərin ölçüsünün böyük olmasını bildirsə də, bununla bağlı mütəxəssis dəvət etməmiş, avtomobilə baxış keçirməmiş və təkərlərin ölçüsünün həqiqətən böyük olması barədə mütəxəssis rəyi almamışdır. Avtomobili isə xx.xx.2023-cü il tarixdə ondan alınmasına baxmayaraq, hələ də avtomobil ona qaytarılmamış və qanunsuz olaraq cərimə meydançasında saxlanılmaqdadır. Hesab edir ki, polis əməkdaşı tərəfindən işin halları obyektiv, hərtərəfli, tam araşdırılmamış, lazım olan sübutlar toplanmamış, toplanmış sübutlar təhrif olunmuş şəkildə toplanmış, sübutlara düzgün qiymət verilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla barəsində əsassız və qanunsuz şəkildə inzibati xəta haqqında protokol və qərar qəbul edilmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, cərimənin silinməsini, polis əməkdaşının barəsində tədbir görülməsini və avtomaşının dərhal qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın YPX–nin inspektoru X2 məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:23 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində xidmətdə olarkən qəsəbə ilə hərəkət edən X8 markalı 57–BX–555 dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərinin avtomobilə uyğun olmadığını, yəni ölçülərinin böyük olmasını müəyyən etmiş, bu səbəbdən həmin avtomobili saxlatmışdır. Bundan sonra avtomobili cərimı meydançasına aparmış, bununla bağlı xx.xx.2023-cü il tarixdə “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Akt” tərtib etmişdir. Lakin sürücü X5 aktı imzalamqdan imtina etmişdir. Bundan sonra araşdırma aparılmış və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2– ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla protokol tərtib edilmişdir. Bu səbəbdən Şəmkir RPŞ–nin DYPB– nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, də Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023–cü il tarixdə, saat 17:23– də X8 markalı 57–BX–555 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–356–cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin vəzifəli şəxsi xx.xx.2023-cü il tarixdə X3 idarə etdiyi avtomobili təkərlərin ölçüsünün böyük olması əsaslı ilə saxlamış, həmin əsasla avtomobili cərimə meydançasına aparmış və Elşad Kamilovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşı avtomobilə baxış keçirməsi və təkərlərin real ölçüsünün müəyyən edilməsi üçün mütəxəssis dəvət etməmiş, bununla bağlı mütəxəssis rəyi və ya akt əldə etməmiş, birbaşa şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu hal isə inzibati xəta haqqında protokolun natamamlığına dəlalət edir ki, bununla da inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması müəyyən edilir. Beləliklə, məhkəmə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında müəyyən etdi ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 əməlində inzibati xəta tərkibi olsa da, lakin vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, vəzifəli şəxs tərəfindən natamam protokola hüquqi qiymət verilmişdir. Eləcə də, vəzifəli şəxs tərəfindən barəsində protokol tərtib edilmiş şəxsin qanunda nəzərdə tutulmuş hüquqlarının pozulmasına əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Bununla belə məhkəmə həmçinin hesab edir ki, şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, cərimənin silinməsi, polis əməkdaşının barəsində tədbir görülməsi və avtomaşının dərhal qaytarılması hissəsi əsaslı deyildir. Belə ki, işin müəyyən olunmuş hallarından da görünür ki, barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin olması mötəbər sübutlarla araşdırılmamış, vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokola baxılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu hal isə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasların, habelə cərimənin silinməsi, polis əməkdaşının barəsində tədbir görülməsi və avtomaşının dərhal qaytarılması əsaslarının dairəsinə daxil deyildir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X6 Polisi Bölməsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar