Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1442/2025 26.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızı X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci,332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31956065 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci,332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X1 rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X4 tərəfindən inzibati xəta Gəncə şəhəri ərazisində törədilmiş,barəsində tərtib edilən qərar üzrə şikayəti isə yaşadığı yerin məhkəməsinə vermişdir və ərazi aidiyyatı üzrə baxılması barədə vəsatəti materialla əlavə etməmişdir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Digər tərəfdən məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli EQ 31956065 nömrəli qərara əsasən, inzibatı xəta Gəncə şəhəri,Nizami küçəsi ərazisində törədilmiş və Azərbaycan Respublikası Baş X7 İdarəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə 8 iyul 2025ci il tarixli 239-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 129.1-1-ci maddəsinə əsasən: Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayəti qanunvericilikdə müəyyən edilmiş qaydada ərazi aidiyyatı üzrə vermədiyindən (şikayətə barəsində qərar çıxarılmış şəxsin vəsatəti əlavə edilmədiyindən), onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X3 ərazi aidiyyatı üzrə məhkəməyə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci,332.3-cü maddələri təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmasından imtina edilsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ərazi aidiyyatı üzrə məhkəməyə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1442/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1442/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver