Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1444/2025 12.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 9 Saylı X3 nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 9 Saylı X2 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: SİMDNX-nın 9 Saylı X5 tərəfindən Şəxs MMC barəsində İXM-in 262.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir.Həmin protokola əsasən 18 noyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu Zəyəm qəsəbəsini içməli su ilə təmin edən su şəbəkəsinə D=25 mm plastik boru vasitəsi ilə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməli törədilmişdir. Məhkəmə iclasında iştirak edən bundan sonra SİMDNX-nin 9 Saylı X3 nümayəndəsi X13 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəmkir şəhəri Zəyəm qəsəbəsində X17 X1 balasında olan Şəmkir rayonu Zəyəm qəsəbəsini içməli su ilə təmin edən su təchizatı şəbəkəsinə D=25 mm plastik boru vasitəsi ilə qanunsuz qoşulma faktı aşkar edilmişdir.Araşdırma zamanı sözü gedən qanunsuz qoşulmdan su götürənin Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən Şəxs MMC olduğu müəyyən edilmişdir. X12 İstismarı İdarəsinin istismarında olan küçəsində yerləşən əhalini içməli su ilə təmin edən su şəbəkəsindən D=25 mm-lik boru ilə müdaxilə edərək sudan qayri-qanuni istifadəyə görə suyun talanması nəticədə 2052,00 manat ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, su xəttini şəxsi abunə kodu əsasında evindən çəkmişdir. Qanun pozuntusuna yol verməmişdir. Əlavə qouşlma etsə də, öz evinin abunə kodu əsasında suyu çəkdiyindən hesab edir ki, qanunsuz deyil. Barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 001849 saylı aktdan görünür ki, 9 Saylı X3 xx.xx.2025-ci il tarixli, 0024 saylı Sərəncamına əsasən, həyata keçirilən nəzarət tədbirləri zamanı Şəmkir şəhəri Zəyəm qəsəbəsində X17 X1 balasında olan Şəmkir rayonu Zəyəm qəsəbəsini içməli su ilə təmin edən su təchizatı şəbəkəsinə D=25 mm plastik boru vasitəsi ilə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Araşdırma zamanı sözü gedən qanunsuz qoşulmdan su götürənin Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən Şəxs MMC olduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Su Təchizatı və Tullantıları sulları haqqında Qanunun 67-ci maddəsinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 18 noyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu Zəyəm qəsəbəsini içməli su ilə təmin edən su şəbəkəsinə D=25 mm plastik boru vasitəsi ilə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Şəmkir X12nin İstismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayon Zəyəm qəsəbəsində yerləşən Şəxs MMC-yə məxsus Şəmkir X12 İstismarı İdarəsinin istismarında olan küçəsində yerləşən əhalini içməli su ilə təmin edilən su şəbəkəsindən D=25 mm-lik boru ilə müdaxilə edərək sudan qayri-qanuni istifadəyə görə suyun talanması nəticədə 2052,00 manat ziyan vurmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, Şəxs MMC AR İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, X9 AR İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC barəsində AR İXM-nin 262.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1444/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1444/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver