Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1445/2023 21.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, Şəmkir DYPİ YNH baş inspektoru, polis mayoru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1988-cı ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 07 oktyabr 2023-ci il tarixdə saat 16:25 radələrində Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin sol tərəfində yerləşən "Ozan" restoranın qarşısında baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs idarə etdiyi Hyundai Sonata markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdılması" qadağan nişanı) və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Gəncə-Çinarlı-Şəmkir avtomobil ilə hərəkəti düzünə istiqamətdə davam etdirərkən Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin sol hissəsində Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən "Ozan" restoranın qarşısında yerə çəkilmiş qırıq-qırıq xətdən sol dönmə əməliyyatını başa çatdırıb, yol çiyinində dayanmış QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, toqquşmanın zərbəsindən nəticədə QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 və Hyundai Sonata markalı, 57BL866 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışlar, həmçinin QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilinə 8174 manat və Hyundai Sonata markalı, 57BL866 dövlət qeydiyyat nişanlı yük avtomobilinə 10660 manat ziyan dəymişdir. Buna görə də, İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə AP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir DYPİ YNH baş inspektoru, polis mayoru X6 inbiati protokolu müdafiə edərək göstərdi ki, Şəxs yerə çəkilmiş qırıq-qırıq xətdən sol dönmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə QAZ 3302-18 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 və Hyundai Sonata markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada özünə məxsus torpaq sahəsində kənd təsərrüfatı işləri ilə məşğul olur. X1 məxsus olan QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edir. Eyni zamanda onun B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi də vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində əmisioğlu olan Zərərçəkmiş şəxs2 ilə birlikdə etibarnamə əsasında idarə etdiyi QAZ 3302- 18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə inşaat materialları almaq üçün Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən tikinti materialları mağazasına gəlmişlər. Sahib tikinti materialları aldıqdan sonra həmin materialları etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinə yığdırmışdır. Həmin gün saat təxminən 16 radələrində Sahib etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq oturacağında əyləşdikdən sonra Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən tikinti materialları mağazasında avtomobili işə salıb, avtomobili idarə etməyə başlamışdır. O, etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şəmkir rayonu, Dağ Cəyir kəndinə getmək üçün Gəncə-Çinarlı-Şəmkir avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətində düzünə hərəkətdə olmuşdur. Həmin yol ikitərəfli yoldur. O, etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilini saat 16:25 radələrində Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisinindən keçən hissəsində düzünə istiqamətdə idarə edərkən Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən “Ozan" restoranında yemək yemək qərarına gəlmişlər. O, Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin sol tərəfində yerləşən “Ozan” restoranına dönməyə 40 metr qalmış “Ozan" restoranın qarşısında yerə çəkilmiş qırıq-qırıq xətdən sol dönmək üçün sola dönmə nişanını yandırıb, sol yan güzgü ilə arxa tərəfdən avtomobilin gəlibgəlməməsinə baxmışdır. O, arxa tərəfə baxan zaman yol boş olduğu üçün avtomobilin sürətini azaldıb. “Ozan" restoranın qarşısında yerə çəkilmiş qırıq-qırıq xətdən sola dönüb, “Ozan" restoranın qarşısında yol çiynində dayanıb, avtomobili söndürmüşdür. Həmin vaxt əyləc səsini eşitmiş və Gəncə-Çinarlı-Şəmkir avtomobil yolu ilə hərəkətdə olan avtomobilin idarə etdiyi avtomobilin sol arxa təkərinə və yanacaq çəninə dəydiyini hiss etmişdir. Həmin avtomobil idarə etdiyi avtomobilə dəydikdən sonra avtomobilin sol tərəfindən alov qalxdığını görmüşdür. O, həmin vaxt dərhal sağ tərəf qapıdan Sahib ilə birlikdə avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra idarə etdiyi avtomobilin yandığını və idarə etdiyi avtomobil ilə toqquşmuş Hyundai markalı avtomobilin sürücüsünün avtomobildən kənarda dayanmasını və həmin şəxsin alın nahiyəsində qan olmasını görmüşdür. Həmin vaxt hər iki avtomobil yandığı üçün oraya toplaşmış tanımadığı şəxslər FHN-in DYMX-nə zəng etmişlər. Bir neçə dəqiqə sonra 2 ədəd FHN-in DYMX-nin Şəmkir rayon X7 hissəsinin yanğın söndürmə avtomobilləri oraya gəlib, avtomobilləri söndürmüşlər. Etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilinin və yük yerində olan tiktinti materialların yanması nəticəsində ona ümumilikdə 10000 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində əmisi oğlu olan Zərərçəkmiş şəxs1 ilə birlikdə Akifin etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə inşaat materialları almaq üçün Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən tikinti materialları mağazasına getmişilər. O tikinti materialları aldıqdan sonra həmin materialları Akifin etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerinə yığdırdı. Həmin gün saat təxminən 16 radələrində Akifin etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq oturacağında əyləşdikdən sonra Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən tikinti materialları mağazasında Akif avtomobili işə salıb, avtomobili idarə etməyə başladı. Akif etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı yük avtomobillə Şəmkir rayonu, Dağ Cəyir kəndinə getmək üçün Gəncə-Çinarlı-Şəmkir avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətində düzünə hərəkətdə idi. Həmin yol ikitərəfli yoldur. Akif etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilini saat 16:25 radələrində Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisinindən keçən hissəsində düzünə istiqamətdə idarə edərkən Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən “Ozan” restoranında yemək yemək qərarına gəldilər. Akif Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin sol tərəfində yerləşən “Ozan” restoranına dönməyə 40 metr qalmış “Ozan” restoranın qarşısında yerə çəkilmiş qırıq-qırıq xətdən sol dönmək üçün sola dönmə nişanını yandırıb, sol yan güzgü ilə arxa tərəfdən avtomobilin gəlib-gəlməməsinə baxdı. Akif arxa tərəfə baxan zaman yol boş olduğu üçün avtomobilin sürətini azaldıb, “Ozan” restoranın qarşısında yerə çəkilmiş qırıq-qırıq xətdən sola dönüb, “Ozan” restoranın qarşısında yol çiynində dayanıb, avtomobilə söndürdü. Həmin vaxt əyləc səsini eşitdi və Gəncə-Çinarlı-Şəmkir avtomobil yolu ilə hərəkətdə olan avtomobilin Akifin idarə etdiyi avtomobilin sol arxa təkərinə və yanacaq çəninə dəydiyini hiss etdi. Həmin avtomobil Akifin idarə etdiyi avtomobilə dəydikdən sonra avtomobilin sol tərəfindən alov qalxdığını gördü. Akif həmin vaxt dərhal sağ tərəf qapıdan onunla birlikdə avtomobildən düşdü. Avtomobildən düşdükdən sonra Akifin idarə etdiyi avtomobilin yandığını və Akifin idarə etdiyi avtommobil ilə toqquşmuş Hundai markalı avtomobilin sürücüsünün avtomobildən kənarda dayandığını və həmin şəxsin alın nahiyəsində qan olduğunu gördü. Həmin vaxt hər iki avtomobil yandığı üçün oraya toplanmış tanımadığı şəxslər FHN-in DYMX-nə zəng etdilər. Bir neçə dəqiqə sonra 2 ədəd FHN-in DYMX-nin Şəmkir rayon Yanğın söndürmə hissəsinin yanğın söndürmə avtomobilləri oraya gəlib, avtomobilləri söndürdülər. Akifin etibarnamə əsasında idarə etdiyi QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerində olan ona məxsus tikinti materialların yanma nəticəsində ona ümumilikdə 2100 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisinindən keçən hissəsində Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən “Ozan” restoranının qarşısıdır. Hadisə gündüz vaxtı baş vermişdir, burada yol asfalt örtüklü olmaqla quru, hamar və düz profillidir, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxildir. Sürət həddi 50 km/saatdır. Yol iki hərəkət zolağından ibarətdir, əks istiqamətli nəqliyyat axınlarını ayıran nişanlanma xətti vardır. Həmçinin Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin sol tərəfində yerləşən “Ozan” restoranın qarşısında dönmə əməliyyatını yerinə yetirmək üçün 1.1 nişanlanma xətləri vardır. Yolun eni 6.60 metrdir. Hadisə yerində Hyundai Sonata markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə QAZ 3302- 18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşduğu yer müəyyən olundu. Belə ki, baxışda Hyundai Sonata markalı, 57BL866 dövlət qeydiyyat nişanlı minik avtomobilinin Şəmkir rayonu, Yeni-Həyat kəndi istiqamətindən Şəmkir şəhərinə tərəf düzünə hərəkət edib, öz hərəkət zolağından çıxması və nəticədə Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin sol tərəfində yerləşən “Ozan” restoranının qarşısında yol çiyinində dayanmış QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə toqquşması təyin olundu. Yol-nəqliyyat hadisəsi yeri 30 metrlik kriminalistik ölçü aləti ilə ölçüldü. Müəyyən edildi ki, avtomobillərin toqquşduğu yer Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisinindən keçən hissəsində Şəmkir rayonu, Yeni- Həyat kəndi istiqamətindən Şəmkir şəhəri istiqamətində Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin sol tərəfində Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən “Ozan” restoranının qarşısında yolun sol çiynindən sağa doğru 4.50 metr məsafədə və yolun sağ hissəsindən sola doğru 11.10 metr məsafədə yerləşir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 283, 284 saylı aktlardan görünür ki, sürücülər Zərərçəkmiş şəxs1 və Şəxs sərxoş vəziyyətdə olmamışlardır. İşdə olan BC312420 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Zərərçəkmiş şəxs1 məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 124 saylı ziyan aktından görünür ki, QAZ 3302-18 markalı, 90MX547 dövlət qeydiyyat nişanlı yük avtomobilinə 8174 manat ziyan dəymişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 125 saylı ziyan aktından görünür ki, Hyundai Sonata markalı, ** BL *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 10660 manat ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 8/3172 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Sonata markalı, 57BL866 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 3302 markalı 90MX547 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1204 saylı rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ təpə nahiyəsinin əzilmiş yarası və sağ üstgöz qapağının sıyrığı küt əşyanın təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 07 oktyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 1207 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- sol gicgah nahiyəsinin tüklü hissəsinin şişkinlik fonunda qançırı, sol qabırğaltı nahiyənin qançır və ağrı halında əzniyi küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 07 oktyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilib. Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan qaimə-fakturanın surətindən görünür ki, 1624.10 manat Zərərçəkmiş şəxs2 ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirdərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1445/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1445/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver