Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1449/2023 28.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Şəmkir rayonu Qapanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu Qapanlı kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi X8 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis baş leytenantı X9 izahatında bildirdi ki, MN ******* nömrəli protokol tərtib olunmuş ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Məmmədov X3 Anar İlqar oğlunu baş vermiş mübahisə zamanı döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Onun özünə məxsus dövlətin ona vermiş 23 baş qoyunu olmuşdur. Özünün torpaq sahəsi olmadığından həmin qoyunları o, yolda otarmışdır. Qoyunları həm o, həmdə oğlu Calal otarmışdır. 09 may 2023-cü il tarixdə saat 19 radəbrində o, oğlu Calalla birlikdə qoyunları qonşusunun həyətində otarmış, həmin vaxtı həmkəndlisi olan Şahəddin yanında qohumu olan Anarla birlikdə onun yanına gələrək Şahəddin oğlu Calalın qoyunları özünün torpaq sahəsinə salaraq otarmasına görə irad bildirmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə yaranan zaman Şahəddin Anara onları telefonla çəkməsini demişdir. Anar cibindən telefon çıxaraq onları çəkdiyi zaman Calalada əxlaqsız sözlər demişdir. O, Anarın əlindən vuraraq telefonu yerə salmış və onları çəkdiyinə görə irad bildirmişdir. Calalda həmin vaxtı əsəbləşdiyindən əlində olan ağacla Anarın başından bir dəfə vurmuşdur. Zərbədən Anarın başı qanamışdır. Anar əlini başına qoyaraq başından qan axdığını bildirmişdir. Anarı həmin vaxtı yanında fəhlə işləyən Sübhan sakitləşdirərək orada sakitlik yaratmışdır. Bundan sonra Anarla Sübhan ayrı, Şahəddin isə ayrı avtomobilə minərək oradan uzaqlaşıb getmişlər. Bundan sonra Kür polis bölməsindən onları polis əməkdaşları çağırdığında o, Anarın onlardan şikayət etdiyini bilmişdir. Məhkəmədən, hazırda əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini və maddi vəziyyətinin yaxşı olmamasının nəzərə alınaraq, ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, hal hazırda Şəmkir rayonu Tatarlı kənd tam orta məktəbində müəllim işləyir. Bundan başqa onun Şəmkir rayonu Qapanlı kəndində özünə məxsus torpaq sahəsində istilikxanası vardır. İstilikxananın yanında isə qohumu Şahəddin Hüseynova məxsus torpaq sahəsi vardır. Şahəddin həmin torpaq sahəsində yonca əkmişdir. 09 may 2023-cü il tarixdə o, Qapanlı kənd sakini olan Camaləddinin oğlu Calalın qoyunlarını Şahəddinin yonca sahəsinə salaraq otardığını götmüşdür. Buna görə Çalala irad bildirirək qoyunları oradan çıxarmağı demişdir. Calal isə ona həmin yerin ona məxsus olmadığını, Şahəddinin yeri olduğunu, qoyunlarıda oradan çıxarmayacağını deyərək ünvanına təhqiramiz sözlər demişdir. O da bu barədə zəng edərək Şahəddinə məlumat vermişdir. Onun yanında işləyən Sübhan isə qoyunların Şahəddinin yerindən çıxartmışdır. Calal isə qoyunları oradan aparıb getmişdir. Bir qədər sonra isə Şahəddin həmin yerə gəlmiş, onlar qərara gəlmişlər ki, Calalın hərəkətləri barəsində valideyininə iradlarını bildirsinlər. Bu məqsədlə onlar hərəsi öz avtomobili ilə Calalın atası Camaləddinin yanına getmişlər. Həmin vaxtı onunla birlikdə yanında işləyən Sübhanda olmuşdur. Camaləddinin evinin yaxınlığında oğlu Calal ilə birlikdə qoyunları otardığını görmüşlər. Şahəddin Camaləddinə yaxınlaşaraq oğlunun öz yonca sahəsinə qoyunları saldığını bildirdikdə Camaləddin onların ünvanına təhqiqamiz sözlər deməyə başlamışdır. Orada mübahisə yarandığından Şahəddin ona Camaləddinlə Calalın hərəkətlərini telefona çəkməsini demişdir. O, telefonu cibindən çıxararaq Camaləddinlə Calalın hərəkətlərini çəkmək istədikdə Camaləddin yerdən daş götürərək onun üzərinə hücum etmiş və yumruqla vuraraq telefonu əlindən yerə salmışdır. O, əyilib yerdən telefonunu götürmək istədikdə Camaləddinin oğlu Calal yaxınlaşaraq onun başından əlində olan ağacla vurmuşdur. O, əli ilə başını tutduğu zaman isə Camaləddin gələrək əlində olan daşla onun çiyninə vurmuşdur. O, mübahisənin böyüməməsi üçün oradan uzaqlaşmış, Camaləddinlə oğlu isə ona daş atmışlar lakin daşlar ona dəyməmişdir. Başından qan axdığından o, Şahəddinlə birgə xəstəxanaya getmişdir. Bundan sonra isə baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, Calal onun başına bir dəfə ağacla, Camaləddin isə çiyin nahiyyəsindən daşla vuraraq ona xəsarət yetirmişlər. Hazırda aralarında barışıq əldə edilmədiyini, məhkəmədən Camaləddinin barəsində cərimə ilə bağlı cəza təyin edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 barəsində 21 iyul 2023-cü il tarixdə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması, təqsirləndirilən şəxs X2 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Şəmkir RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 xx.xx.2023-cü il tarixli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – təpə nahiyyəsinin əzilmiş yarası və sol çiyinüstü nahiyənin qançırı küt əşyalarının təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətət pozulmasına səbə olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol çiyinüstü nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ittiham aktından görünür ki, X5 09 may 2023-cü il tarixdə, saat 19 radələrində Şəmkir rayonu, Qapanlı kəndində kəndarası yolda aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu telefonla video görüntüyə çəkməsi səbəbindən baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə onun baş nahiyyəsinə bir dəfə əlində olan ağac ilə qəsdən vuraraq, ona təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununlada o Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilir. İşdə olan CD diskdən görünür ki, Şəxs və X1 Anar İlqar oğluna nəlayiq ifadələr işlətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün etiraf edici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşiman olaraq zərərçəkmiş şəxsdən üzr istəməsini və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1449/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1449/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver