Məhkəmə qərarları › İş №3(076)-1451/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1451/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1451/2025 15.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 00100-03529/25 saylı protokol baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və ona əlavə olunmuş sənədlərdə qeyd olunmuşdur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/011655 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2025-ci il tarixdə alınmış məlumata əsasən Şəxs QSC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 37090.69 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir.İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs QSC-nin ünvanına konsignasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair 00100/6 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş məktubları göndərilmişdir. Araşdırma zamanı qeyd olunan faktla bağlı Şəxs QSC-nin nümayəndəsi X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, "xxxx" MMC-də vergi məsləhətçisi vəzifəsində çalışıram. Bildirmək istəyirəm ki, "xxxx" QSC xx.xx.2018-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınan "xxxx" QSC-nin hüquqi varisidir. "xxxx" QSC-nin kənd təsərrüfatı xammallarının və diri heyvanların topdan satışı üzrə agentlik fəaliyyəti ilə məşğuldur."xxxx" QSC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “Timeli” şirkəti ilə bağlanılmış AZE D/11 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ümumi invoys dəyəri 65835 ABŞ dolları məbləğində “nar şirəsi təbii konsentratı” yükü ixrac edilmişdir. İxrac edilən mallar müqabilində xx.xx.2024-cü il tarixdə 28744.31 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 33126.79 ABŞ dolları məbləğində valyuta vəsaiti “Bank VTB (Azərbaycan)” ASC-dəki hesaba köçürülmüşdür. Hazırda **********087 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 3963.90 ABŞ dolları məbləğində valyuta vəsaiti qalıq qalmaqdadır.Buna səbəb olaraq bildirir ki, AZE D/11 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən təxminən 2056546.6 ABŞ dolları məbləğində “Timeli” şirkətinə “nar şirəsi təbii konsentratı” yükü ixrac edilmiş və həmin müqavilə üzrə ixrac olunan malların dəyəri qarşı tərəfdən tam şəkildə ödənilmişdir. Lakin ödənişlər həm rubl, həm də ABŞ dolları ilə ödənildiyindən kurs fərqi yaranmış, nəticədə 3963.9 ABŞ dolları məbləğində qalıq vəsait yaranmışdır. Qarşı tərəfdən təqdim olunan ödəniş tapşırıqlarını izahatıma əlavə edirəm. Aparılmış araşdırma nəticəsində AZ5716, ünvan 2i ünvanında geydiyyatda olan "xxxx" QSC (VÖEN: **********) ilə Rusiyada fəaliyyət göstərən "Timeli" şirkəti ilə bağlanılmış müqaviləyə uyğun olaraq **********8087 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 65835 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində **********8087 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3963.90 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir.DGK-nın X1 Sisteminin "Maliyyə əməliyyatları" bölməsinin "konsiqnasiya nəzarət” altbölməsindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" QSC tərəfindən **********8087 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğ 3963.90 ABŞ dolları dolları təşkil edir.Həmin tarixdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 3963.90 ABŞ dolları milli valyutaya nisbətdə 6738.63 AZN təşkil edir. "xxxx" QSC tərəfindən bağlanan müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, 3963.90 ABŞ dolları milli valyutaya nisbətdə 6738.63 xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi və barəsində inzibati iş üzrə icraat aparılan "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi və barəsində inzibati iş üzrə icraat aparılan "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. İnzibati xəta haqqında materiallarda olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan 3 963,90 ABŞ dolları məbləğində (milli valyutada 6 738,63 manat ekvivalentində) xarici valyuta vəsaitinin ölkəyə qaytarılmaması faktı aşkar edilmişdir. Bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini təşkil edir. "xxxx" QSC xx.xx.2018-ci il tarixdə 14 saylı Gəncə Vergilər İdarəsində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" QSC-nin hüquqi varisidir. "xxxx" QSC kənd təsərrüfatı xammallarının və diri heyvanların topdan satışı üzrə agentlik fəaliyyəti ilə məşğuldur."xxxx" QSC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “Timeli” şirkəti arasında bağlanılmış AZE D/11 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, ümumi invoys dəyəri 65 835 ABŞ dolları məbləğində “nar şirəsi – təbii konsentrat” yükü ixrac edilmişdir. İxrac edilmiş malların müqabilində xx.xx.2024-cü il tarixdə 28 744,31 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə isə 33 126,79 ABŞ dolları məbləğində valyuta vəsaiti “Bank VTB (Azərbaycan)” ASC-dəki hesaba köçürülmüşdür. Hazırda **********8087 nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 3 963,90 ABŞ dolları məbləğində valyuta vəsaiti qalığı mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində olan vəsaitlərin onların bəyan edildiyi gündən etibarən 180 (yüz səksən) gün ərzində müvəkkil bankdakı hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin Şəxs QSC tərəfindən konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində olan vəsaitlər göstərilən müddət ərzində müvəkkil bank hesabına köçürülməmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan "xxxx" QSC-nin qanuni təmsilçisi Vəkilov Həbib Eyyub oğlu protokolla tanış olmuş və izahatında bildirmişdir ki, ödənişlər həm rubl, həm də ABŞ dolları ilə ödənildiyindən kurs fərqi yaranmış, nəticədə 3963.9 ABŞ dolları məbləğində qalıq vəsait yaranmışdır. Tətbiq olunacaq cəriməni ödəmək niyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, “ESE ARGO" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, “ESE ARGO" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 3963.90 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30% məbləğində, yəni 1189.17 ABŞ dolları məbləğinin ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova Əsli ilə düzdür: Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar