Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1458/2025 02.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Eminbəyli Firuzə Ramiz qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu A.Seyfəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs oğlunun Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Polis Şöbəsindən Şəmkir Rayon Məhkəməsinənə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında materiallar daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində OBA marketdən 18 manat 80 qəpik dəyərində 4 ədəd tütün məmulatı oğurlamışdır. Buna görə də şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilərək 02 dekabr 2025-ci il tarixdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinənə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək, göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində OBA marketdən 18 manat 80 qəpik dəyərində 4 ədəd tütün məmulatı oğurlamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama əməlini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, 11 noyabr 2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən OBA marketdən təxminən saat 10:30 radələrində girmiş, heç kimin olmadığını görüb kassanın arxasında olan rəfdən 4 ədəd tütün məmulatı oğurlayaraq oradan uzaqlaşmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs vurduğu ziyanın tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 11 noyabr 2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində OBA marketdən 18 manat 80 qəpik dəyərində 4 ədəd tütün məmulatı oğurlamışdır. Hazırda Şəxs tam olaraq ödənimişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş “Xırda talama” inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında” qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Şəxs izahatından görünür ki, o, 11 noyabr 2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində OBA marketdən 18 manat 80 qəpik dəyərində 4 ədəd tütün məmulatı oğurladığını qəbul edərək əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan, qaimə fakturasından görünür ki, 18.80 manat ziyan Şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, İXM-nin 39.2-ci maddəsinə əsasən həmin məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tam şəkildə ödəməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı təqdim edilmiş ərizədə təsdiq olunduğundan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 227, 39.2, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-1458/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1458/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver