Məhkəmə qərarları › İş №3(076)-1460/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1460/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1460/2023 04.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 Zərərçəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş: Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157–ci maddəsi ilə təqsirləndiirlməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157– ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 oktyabr 2023-cü il tarixdə saat 06:00 radələrində Şəmkir rayonu, Atabəy kəndində yaşadıqları evdə əri X3 ailə münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməsyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, X4 onun əridir, lakin aralarında normal münasibətləri yoxdur. 21 oktyabr 2023-cü il tarixdə saat 06:00 radələrində birgə yaşadıqları Şəmkir rayonu, Atabəy kəndində yerləşən evdə azyaşlı qızı Zəhra yuxudan qalxıb Zaurun onu qucağına almasını istəmiş, lakin Zaur əsəbləşərək qışqırıb uşağı yatağa atmışdır. Bu səbəbdən o, Zaurun hərəkətlərinə irad bildirərək onunla mübahisə etmiş və əlbəyaxa olmuşlar. Zaur əli ilə onun bədəninin müxtəlif nahiyələrin vuraraq onu döymüş, o da özünü qorumaq üçün onun sifət nahiyəsindən vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmandır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkənmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs onun arvadıdır. 21 oktyabr 2023-cü il tarixdə saat 06:00 radələrində birgə yaşadıqları Şəmkir rayonu, Atabəy kəndində yerləşən evdə azyaşlı qızı ağladığına görə arvadı Şəxs ilə aralarında mübahisə baş vermiş və mübahisə zamanı əlbəyaxa olmuşlar. Şəxs onun sifət nahiyəsindən vurmuş, o, da Samirəni vurmuşdur. Bununla belə hazırda Şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan aradan qaldırılmış və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Şəxs ilə zərərçəkmiş şəxs X4 barışmışlar. Zərərçəkmiş şəxsin hazırda Şəxs Niyazı qızından heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında için icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar