Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1467/2025 08.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi\ Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin icra sənədi üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(078)- 3149/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 05 noyabr 2020-ci il tarixdən başlayaraq 15 avqust 2013-cü il təvəllüdlü Elşən və 20 sentyabr 2016-cı il təvəllüdlü Aynur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə 120 manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. Lakin borcluya dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs cəmi 6600 manat aliment borcu vardır. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, borclu Şəxs uzun müddətdir ki, aliment borcundan ödəmir, müəyyən vaxtlarda ödəniş etsə də öhdəliyini tam olaraq və lazımınca icra etmir, son olaraq çox az məbləğ olmaqla sentyabr oktyabr aylarında ödəniş etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(078)- 3149/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 05 noyabr 2020-ci il tarixdən başlayaraq 15 avqust 2013-cü il təvəllüdlü Elşən və 20 sentyabr 2016-cı il təvəllüdlü Aynur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə 120 manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. O, gücü çatdığı qədər ödənişlər edir son üç ayda cəmi 380 manat ödəmişdir, hazırki vaxtda maddi vəziyyəti qənaətbəxş deyil, lakin icra sənədindən boyun qaçırmaq fikri yoxdur, ödənişdən əlavə olaraq uşaqlara geyim və bir sıra əşyalar da almışdır eləcədə lazımi qayğı gösdərir. Odur ki təqsirli olmadığından işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(078)- 3149/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 05 noyabr 2020-ci il tarixdən başlayaraq 15 avqust 2013-cü il təvəllüdlü Elşən və 20 sentyabr 2016-cı il təvəllüdlü Aynur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə 120 manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs mütəmadi olaraq ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-1467/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1467/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver