Məhkəmə qərarları › İş №3(076)-147/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-147/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-147/2023 09.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin İX Tağım YPX inspektoru polis baş serjantı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin İX Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP5508021 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu Saritəpə kəndində yaşayır, 18 yanvar 2023-cü il tarixdə səhər satlarında BMW X-6 minik markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydasını pozmağına görə İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Azərbaycan Respublikası DİN-in BDYPB-nin İX Tağım YPX inspektoru X1 xx.xx.2023-cü il tarixli, TP 55509021 saylı qərarı 40 manat inzibati cərimə edilmişdir. Halbuki, o həmin vaxt heç bir qayda pozuntusuna yol verməmiş, yolun qadağan olunmuş hissəsindən keçməmişdir. Yolda qoyulan nişana uyğun hərəkətdə olmuş, lakin buna baxmayaraq onun barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, TP 55508021 saylı qərarla o Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində izibati cərimə edilmişdir. Həmin qərar cərimə olunduöu gün ona təqdim edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayətin məzmununa uyğun izahat verərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 şikayəti əsassız hesab edərək, izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Bakı Qazax yolunun 404-cü kilometrliyində xidmətdə olan zaman, həmin vaxt qarşıdan gələn BMW X-6 minik markalı ** CZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsünün əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydasını pozmasını görmüşdür. Belə ki, həmin yolda “ötmək qadağandır” nişanı mövcuddur və yolda ayırıcı bütöv düz xətt mövcuddur, düz xəttin hər iki tərəfində bir avtomobillik yer vardır. Qeyd olunan BMW X-6 minik markalı avtomobil qarşısında hərəkətdə olan VAZ 2107 markalı avtomobili soldan əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə əməliyyatı etmişdir. Bu səbəbdən həmin avtomobilə “saxla” əmri vermiş, avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş və sürücüyə inzibati xətaya yol verdiyini bildirərək, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun tərtib etdiyi protokol əsasında inzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Qərar tam qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin İX Tağım YPX inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP5508021 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. X4 şikayətində göstərmişdir ki, o, inzibati xətanın törədilməsində özünü təqsirli bilmir. Belə ki, onun qarşısında hərəkətdə olan avtomobil çox yavaş və yolun kənarı ilə hərəkətdə olmuş, hətta ona elə gəlmişdir ki, avtomobil hərəkətdə deyil. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinin İİ bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, yol patrul xidməti avtomobilinin hərəkət etdiyi istiqamətin əks istiqamətindən BMW X-6 minik markalı ** CZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil qarşısında hərəkətdə olan VAZ 2107 markalı minik avtomobilinin sol tərəfindən ötmə əməliyyatı etmiş, ötmə əməliyyatı etdiyi yolda ayırıcı bütöv düz xətt mövcuddur, düz xəttin hər iki tərəfində bir avtomobillik yer vardır. Bunu görən yol patrul xidməti əməkdaşı Turan Musayevin idarə etdiyi avtomobilin arxasınca gedərək ona “saxla” əmri vermişdir. Yol patrul xidməti əməkdaşı ona inzibati xəta törətməsi barədə məlumat vermiş, o da inzibati xəta törətməsi barədə məlumatlı olduğunu, lakin qarşısındakı avtomobilin yolun sağı ilə çox aşağı sürətlə hərəkət etməsini görüb ötmə etdiyini bildirmişdir. Turan Musayev şikayətində və izahatında qarşıda hərəkətdə olan avtomobilin dayanmasını gördüyünü və bu səbəbdən ötmə əməliyyatı etdiyini bildirsə də iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən videoyazıdan görünür ki, Turan Musayevin bildirdiyinin əksinə, həmin vaxt qeyd etdiyi avtomobil öz yolu ilə hərəkətdə olan zaman ötmə əməliyyatı etmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Turan Musayev qadağanedici nişan olmasına baxmayaraq ötmə əmliyyatı etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin İX Tağım YPX inspektoru polis baş serjantı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin İX Tağım YPX inspektoru polis baş serjantı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar